Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mançester nehengi 3 yaşlı uşağı transfer etdi – Video

19 Eylül 2016

4:36 pm


19/09/2016 [20:32]: xeber –
Cəmi 3 yaşı olan Cekson Lal adlı uşağın böyük gələcəyi var. Belə olmasaydı, bu yaşda İngiltərə Premyer Liqasından ona elçi düşməzdilər. Hər gün oğluyla futbol oynayan anası Joanna Redklayf bir gün bu əyləncəni paylaşır və gözləmədiyi telefon zəngiylə qarşılaşır. Deməli, Ceksonun istedadını görən anası onun oyununu “Facebook”da paylaşır. Bu görüntülər isə “Mançester Siti” seleksiyaçılarının diqqətini çəkir. MS-nin uşaq futbol akademiyasından dəvət alan balaca Lolun ən böyük arzusu Messi və Ronaldo kimi olmaqdır. Joanna oğlunun futbolçu olacağından əminliyini bildirsə də, belə tez kəşf ediləcəyini gözləmədiyini deyib. Özü “Mançester Yunayted” heyranı olsa da, bu təklifdən sonra oğlunun gələcəyi üçün MS-ni dəstəkləyəcəyini açıqlayıb.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler