Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Manatın üzerindeki şeklin deyişmesi deyerini artırmayacaq”

14 Ekim 2016

12:16 pm


14/10/2016 [16:11]: xeber –
Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında millət vəkili Siyavuş Novruzov Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəklinin olmasını təklif edib. Xatırladaq ki, Azərbaycan manatı ilk dövriyyəyə buraxılanda manatların üzərində Nizaminin, Rəsulzadənin şəkilləri var idi. Ancaq sonradan manatın üzərində kiminsə şəklinin olması birmənalı qarşılanmadı. Və bundan sonra manatların üzərindəki dahilərin şəkilləri ləğv edildi. Maraqlıdır, indi yenidən manatın üzərində Heydər Əliyevin şəklinin əks olunması nə qədər qənabətxşdir? Deputatın təklifi gerçəkləşəcəyi təqdirdə manatın iqtisadi dəyərinin qalxma ehtimalı varmı?sayt yaranmış suallar ətrafında hüquqşünas Ələsgər Əhmədoğlunun fikirlərini öyrənib. Ə.Əhmədoğlu ilk öncə millət vəkilinin verdiyi təklifə münasibət bildirib: “Parlament elə bir yerdir ki, ora seçilənlər istədikləri mülahizələri söyləyə bilirlər və məsuliyyət daşımırlar. Bu baxımdan da hansısa millət vəkilinin istədiyini danışması, bəzən də öz düşüncələrini bu və ya digər formada qanuna çevirmək istəyi  parlamnet sisteminin funksionallığı baxımından normal davranışdır. Yəni 125 insan 125 fərqli görüş ifadə edə bilər. Ayrıca onu da qeyd edim ki, parlament qanun qəbul edən bir qurum kimi əslində istənilən qanunun cəmiyyətin içərisindən süzülüb gəlməsini təmin edəcək bir mühit olmalıdır. Sadəcə gecə yatanda gördüyü yuxunu səhər orada ifadə etmək şəklində deyil. Hansısa cəmiyyətin içindən doğan ehtiyaclardan, tələblərdən, yaxud da hansısa sahəni tənzimləmək ehtiyacından da olmalıdır”. Hüquqşünas qeyd edib ki, indi manatın üzərindəki şəkil yox, iqtisadi dəyəri müzakirə olunmalıdır:“İndiki halda düşünmürəm ki, manatın şəklinin dəyişməsi manatın dəyərini artıracaq. Yaxud da manatın dollar, avro və ya digər valyutalar qarşısında kursunu möhkəmlədəcək. Manatın üzərindəki kimin şəklinin olmasından asılı olmayaraq manatın arxasında gerçək iqtisadi dəyər durmalıdır. Bu baxımdan da Parlamentin manatın gerçək iqtisadi dəyər tərəfini düşünməliykən şəkil tərəfini düşünməsi təbii ki, üzücü hadisədir. Parlamentdəki deputatlar ilk növbədə çalışmalıdırlar ki, Azərbaycan iqtisadiyyatını güclü vəziyyətə gətirib, manatın arxasında güclü iqtisadiyyatın olmasını təmin etsinlər. Son iki ildə Azərbaycan büdcəsinin həcmi 17 milyard dollar azalıb. Amma manat nisbətində baxdıqda rəqəm oxşar qalıb. Bu eyni zamanda manatın təxminən 2 dəfədən çox dəyər itirməsidir. Məncə aktual olan budur, yoxsa üzərində kiminsə şəklinin yapışdırılması deyil”. Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler