Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Manatın mezennesi etrafında ne baş verir?

03 Eylül 2016

6:32 am


03/09/2016 [10:31]: xeber –
 Manatın keçən ilin fevral və dekabr aylarında olduğu kimi birdən – birə, kəskin ucuzlaşacağı real görünmür. Əslində manatın üzən məzənnəyə keçirilməsindən sonra heç buna ehtiyac da qalmır. Zəruri olan halda bazar özü valyuta birjası vasitəsilə manatın məzənnəsini tənzimləyə bilər. Xüsusi indikator rolunu oynayan qara bazar isə vəziyyətin nəbzini özünəməxsus qaydada daha həssas bir şəkildə müəyyən edir. Dünən sentyabr ayının 2-də qara bazarda artıq 1 dolların 1 manat 81 qəpiyə satılması faktı qeydə alındı. Mərkəzi Bankın rəsmi kursu isə həmən günə 1 dollar üçün 1 manat 63 qəpik müəyyən edilmişdi. Deməli qara bazarın məzənnəsi ilə rəsmi məzənnə arasında fərq 18 qəpik olub. Bu çox ciddi kənarlaşmadır. Bilmirəm Mərkəzi Bankın rəhbərliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası vəziyyəti necə qiymətləndirirlər. Ancaq rəsmi məzənnə ilə qeyri-rəsmi məzənnə arasında belə uçrum, ciddi narahatçılıq üçün bir əsasdır. Bu vəziyyəti yetirən əsas səbəblərdən biri də budur ki, son günlər banklar xarici valyuta satışını tam dayandırıblar. Bunu görən qara bazardakı mıhtəkirlər isə yaranmış vəziyyətdən maksimum yararlanmaq qərarı veriblər.Bbütün düyada gedən iqtisadi tənəzzülün bizdən də yan keçmədiyi bir dönəmdə, manatın məzənnəsində bəzi yumşalmaların baş verməsi təbii bir haldır. Neftin qiymətlərində baş verən kəskin ucuzlaşmalardan sonra ölkəyə daxil olan valyutanın həcminin əsaslı şəkildə azalması nəticə etibarılə tədiyyə balansımızdakı müsbət saldonun mənfi saldoya çevrilməsinə gətirib çıxardı. İndi qarşıda duran əsas vəzifə iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməklə bu sektordan ixracın həcminin artırılmasına nail olmaqdan ibarətdir. Bu hesaba daxil olacaq valyuta gəlirləri ölkənin tədiyyə balansındakı kəsrin aradan qaldırılmasını təmin edə biləcəkdir. Bu variantın alternativi yoxdur. Yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə kordinal arrımların atılmasına ehtiyac var. Hesab edirik ki, yaxın iki il ərzində real sektorda iki minə qədər kiçik və orta müəssisənin yaradılmasına ciddi ehtiyac var. Bu məqsədlə Neft Fondunun vəsaitlərindən 5 milyard dollara qədər vəsaitin çıxarılaraq dediyimiz məqsədə istifadə edilməsi çox yerinə düşərdi. Mətbuat səhifələrində bu təklifi daha geniş formada oxucularımıza bir neçə dəfə təqdim etmişik. Bu yolla yaxın bir neçə ilə tədiyyə balansındakı vəziyyətin tarazlaşdırılması mümkün ola bilər. Əks halda manatın getdikcə dəyərdən düşməsi, infilyasiyanın sürətlənməsi və əsas makrogöstəricilərin pisləşməsi baş verər ki, bu da arzuolunan deyil. Digər tərəfdən, manatın məzənnəsində baş verən ucuzlaşmalar birbaşa qiymətlərə təsir edir. Xüsusilə da xaricdən mıhkəm valyuta ilə alınıb gətirilən malların qiyməti dərhal qalxır. Təssüflər olsun ki, belə qiymət artımları təkcə xaricdən alınıb gətirilən mallara şamil edilmir, yerli xammal əsasında daxili istehsalla məşğul olan iş adamları da sonradan tədricən öz məhsullarının qiymətlərini eyni səviyyədə qaldırırlar.Fikrət Yusifov, iqtisadçı alim, professor, keçmiş maliyyə naziri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler