Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Manatı zorla saxlamaq uğursuz yanaşmadır”

03 Ağustos 2016

8:32 am


03/08/2016 [12:30]: xeber –
Mərəkəzi Bankın yaydığı bəyanat cəmiyyətdə narahatlıqla qarşılanıb. Bank bəyan edib ki, bir il ərzində rezervləri 51 % azalıb. Maraqlıdır, manatı hansı aqibət gözləyir?Mərkəzi Bankın qanunvericilik şöbəsinin eks rəisi, vəkil Əkrəm Həsənov sayt – a açıqlamasında Mərkəzi Banka çıxış yolları göstərib:”Mərkəzi Bankın bir neçə variantı var: 1) devalvasiyaya getmək və ehtiyatlarının əriməsinin qarşısını almaq. Bank bunu qismən edir artıq. 2) Manatın məzənnəsini zorla saxlamaq və beləliklə də ehtiyatlarından tam məhrum olmaq. Düzdür, bundan sonra hələ Neft Fondunun da ehtiyyatları var və onları da sabit məzənnə ugrunda qurban vermək olar; 3) manat kütləsini sıxmaq, yəni banklara kredit verməmək, bu halda devalvasiya da olmayacaq, ehtiyyatlar da əriməyəcək, çünki dollar almaq üçün manat olmayacaq, amma nəticədə iqtisadiyyat tam çökəcək, çünki manatsız iqtisadiyyat qansız bədəndir. Biz artiq pis və ən pis seçimlər arasındayıq, bu, yarıtmaz iqtisadi siyasətin nəticəsidir. Optimal variant birincidir, yəni devalvasiya və bu bazar iqtisadiyyatı prinsiplərinə uyğundur. Manatı zorla saxlamaq uğursuz yanaşmadır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler