Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Manat tam serbest üzen mezenneye deyil, tenzimlenen üzen mezenneye keçirilib”

01 Temmuz 2016

10:32 am


01/07/2016 [14:28]: xeber –
“Son günlər valyuta bazarında bundan öncə baş verən prosseslərin əksi müşahidə olunmağa başlanıb. Daha doğrusu, əgər bir ay öncəyə qədər manatın məzənnəsinin getdikcə möhkəmlənməsi müşahidə olunurdusa, axır günlər bunun əksi baş verir. Bu prosses tək manatın məzənnəsi ətrafında baş vermir. Bütövlükdə dollar bahalaşmağa üz tutub.Bunu sayt-a açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov manatın uzuzlaşması prosesi ilə bağlı mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə ABŞ dollarının bahalaşması ilk növbədə İngiltərədə keçirilən referendumun nəticələri ilə bağlıdır. “Belə ki, İngilislərin Avropa Birliyinə yox deməsi maliyyə və əmtəə bazarlarında müəyyən dərəcədə şok effekti yarada bildi. Referendumun nəticələri elan edilən kimi neftin qiymətləri bir günün ərzində 5,16% ucuzlaşaraq 51,0 dollardan 48,37 dollara düşdü. İngilis funtu isə öz dəyərini görünməmiş bir həddə itirdi”, – deyə sabiq nazir vurğulayıb.Onun fikrincə, dünyanın iqtisadi və siyasi meydanlarında baş verən bəzən çox kiçik bir gəlişmənin belə bazara təsiri mümkündür: “Bizlərə bunun belə olduğunu qəbul etmək bir qədər çətindir, çünkü son illər ərzində biz bir qayda olaraq manatın məzənnəsinin sabit olduğunu və hətta onun xaricin valyutalara nisbətən bahalaşmasını müşahidə edə bilmişdik. Dünya bazarlarında neftin qiymətlərinin uzun müddət sabit qala bilməsi və həm də onun yüksək olması, manatın nəzənnəsindəki bu mənzərəni yaradan başlıca səbəblərdən biri idi. Neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bu səbəbdən ölkəyə daxil olan valyuta gəlirlərinin bir neçə dəfə azalması, keçən ilin əvvəllərindən başlayaraq manatın məzənnəsi ətrafında sabitlik həlqəsini daraltmağa başladı. Nəticə etibarilə, ötən ilin 2 kəskin devalvasiyası manatı iki dəfə ucuzlaşdırdı və o üzən məzənnəyə keçməli olduq.” F.Yusifov hesab edir ki, üzən məzənnənin mövcud olduğu bir şəraitdə manatın dəyərinin bir ay ərzində 5 qəpik bahalaşması və sonrakı bir ay ərzində 5 qəpik ucuzlaşması tam normal bir haldır. “Üzən məzənnəyə keçdikdən sonra manatın dəyərində bir günün ərzində keçən ilin fevral və dekabr aylarında olduğu kimi kəskin dəyişikliyin baş verməsi real deyil. İndi sadəcə olaraq manatın məzənnəsi valyuta bazarındakı reallıqlara uyğun olaraq tənzimlənir. Mərkəzi Bank zəruri hallarda bütün vasitələrlə bazara müdaxilə edə bilir, çünkü manat tam sərbəst üzən məzənnəyə deyil, tənzimlənən üzən məzənnəyə keçirilib. Mərkəzi Bank bu ilin sonuna qədər manatın məzənnəsində ciddi bir dəyişikliyin olmayacağını bəyan edib. Lakin bir məsələni unutmaq olmaz ki, bunun üçün ilin ikinci yarısında neftin qiymətlərinin ən azından 50-60 dollar həddində olması, qeyri-neft sertorundan ixracın həcminin isə əsaslı şəkildə artırılması çox vacib şərtdir. Əks halda, manatın məzənnəsinin aşağı düşməsi baş verə bilər. Buna görə də vəziyyətin nizama salınmasının yeganə doğru yolu, dövlət başçısının təşəbbüsü ilə keçən ilin sonlarından başlayan iqtisadi islahatları sürətlə reallaşdırmaqdan ibarətdir. Potensial imkanlar kifayət qədər böyükdür. Dövlət başçısı son 7-8 ay ərzində ölkədə sahibkarlığın sürətli inkişafı üçün çox mühüm qərarlar qəbul edib. İndi bütün işlər bu qərarları ən qısa zaman kəsiyində reallaşdıra biləcək mexanizmləri ortaya qoya bilməkdən asılıdır. Burada ləngimək olmaz. Bütün səylər qeyri-neft sektorundan ixracın həcminin artırılmasına yönəlməlidir”- F. Yusifov qeyd edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler