Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Manat dollar ve avroya qarşı ucuzlaşmaqda davam edir

03 Ağustos 2016

5:36 am


03/08/2016 [09:34]: xeber –
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 2-si ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5915 manat təşkil edib. Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,54% möhkəmlənərək 1,7845 manat olub.Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə dəyişməyərək 0,0238 manat səviyyəsində qalıb. Türkiyə lirəsinin məzənnəsi 0,09% möhkəmlənərək 0,5314 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1205 manatdır. Beləliklə, funt sterlinq 1,22%-lik bahalaşma nümayiş etdirib.Gürcüstan larisinin məzənnəsi isə 0,07% artaraq 0,6772 manat təşkil edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler