Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Maliyye Nazirliyinden KİV-e – Xeberdarlıq

23 Eylül 2016

6:40 am


23/09/2016 [10:36]: xeber –
Ötən gün bəzi xəbər saytlarında Maliyyə Nazirliyinin xəzinədarlıq sisteminin çökməsi ilə bağlı əsassız məlumatlar dərc edilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, bu cür cəfəng xəbərlərin heç bir əsası yoxdur: “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi fasiləsiz və tam funksionallığı ilə real vaxt rejimində fəaliyyət göstərir. Həmin sistem vasitəsilə büdcə təşkilatların xərcləri vaxtlı-vaxtında həyata keçirilir. Odur ki, ictimaiyyətə qeyri dəqiq və yanlış məlumatı çatdıran saytlardan həqiqətə uyğun olmayan informasiya ilə bağlı təkzibin dərc olunması tələb olunur”, – deyə açıqlamada qeyd olunur.Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar təkrarən kütləvi informasiya vasitələrində yayıldığı halda qurum tərəfindən həmin saytlara və onların təsisçilərinə dair mövcud qanunvericiliyə uyğun sərt addımlar atılacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler