Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Maduro Bakıda neft qiymetlerinin sabitleşdirilmesi üçün yeni formul teklif edib

22 Ekim 2016

6:04 am


22/10/2016 [10:03]: xeber –
Cümə günü Azərbaycana səfərə gələn Venesuela prezidenti Nikolas Maduro neft qiymətlərinin stabilləşdirilməsi üzrə 10 il müddətinə yeni formulun hazırlanmasını təklif edir.Onun bu bəyanatını VTV telekanalı yayıb.“Biz stabilliyin təmin edilməsi üçün yeni formul və təbii sərvətlərimizin qiymətinin yaxın 10 il müddətinə müəyyən edilməsi üzrə yeni mexanizm üzərində işləyirik. Stabillik olarsa, istehsal, bazar və qiymət səviyyəsini də qabaqcadan görmək mümkün olacaq”, – deyə o bildirib.Prezidentin sözlərinə görə, söhbət neft bazarının əvvəlcə yaxın 6 ay müddətinə stabilləşdirilməsi, daha sonra isə neft qiymətləri və onların on illik stabillik formulunun yeni müəyyənetmə mexanizminin hazırlanmasından gedir.Venesuela rəhbəri bildirib ki, o, məhz öz turnesi çərçivəsində neftin dünya qiymətlərinin sabitləşdirilməsi üzrə yeni sazişlər bağlamağı planlaşdırır.Maduro Azərbaycandan sonra İran, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək. O, Bakıda, həmçinin Azərbaycanla bir sıra ikitərəfli sənədlər, o cümlədən iki ölkə arasında pambıq istehsalı sahəsində strateji alyansa dair saziş imzalamağı planlaşdırır.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler