Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Madam ki, soydaşlarımızın problemini “qanuni oğru”lar, avtoritetler qoruyur…”

30 Ağustos 2016

2:40 pm


30/08/2016 [18:38]: xeber –
Tanınmış avtoritet Rövşən
Lənkəranskinin ölümü ilə bağlı səslənən şərhlərdə diqqət çəkən ən maraqlı məqamlardan
biri onun Rusiyada, Ukraynada yaşayan azərbaycanlıların probleminin həllində
yaxından iştirak etməsi oldu. Tanınmışların sözlərindən belə məlum oldu ki,
uzun illərdir ki, qürbətdəki soydaşlarımızın problemini məşhur avtoritetlər,
qanuni oğrular qoruyub.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri
Mehman Əliyev məsələnin bu cür qoyuluşunun dövlət adına utancverici olduğunu
vurğuladı:

“Maraqlıdır, əgər
qürbətdəki azərbaycanlıların problemini qanuni oğrular həll edibsə, o zaman bu
ölkələrdəki Azərbaycan səfirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi hara
baxıb? Madam ki, soydaşlarımızın hüququnu kriminal qruplar qoruyur, o zaman
diasporların, səfirliklərin, konsulluqların saxlanılmasına bu qədər vəsait sərf
etmək nəyə lazımdır?

Xaricdəki soydaşlarımızın
üzləşdiyi problemlərin həllinə yardım etmək Azərbaycan dövlətinin, onun xaricdəki
müvafiq qurumlarının vəzifəsidir. Əgər bu qurumlar öz üzərlərinə düşən vəzifənin
öhdəsindən gələ bilmirlərsə, soydaşlarımız öz problemlərinin həlli üçün hansısa
avtoritetlərə müraciət etmək məcburiyyəti qarşısında qalırsa, bu, sözügedən
qurumların hansı vəziyyətdə olduğunu göstərir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler