Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lüt keşiş, çılpaq bey ve gelin – FOTO

23 Ağustos 2016

11:56 am


23/08/2016 [15:55]: xeber –
ABŞ-ın Virciniya ştatında yerləşən Sauthempton şəhərində “White Tail Chapel” kilsəsində lüt keşiş əlində İncili tutaraq vəz verir, İsa Məsihdən və həvariyunlardan danışır.Kilsədə ibadətə yığışmış insanlar da çılpaq olur. Daha doğrusu, onların arasındakı qadınlar çəkiliş aparıldığı üçün qismən geyiniblər. Halbuki adi ibadətlərdə bu kilsədə əynində paltar olan kimsə tapılmaz.Kilsənin keşişi Allen Parkerin dediyinə görə, bu kilsə nudistlərə məxsusdur.”Hamımız çılpağıq və burada qəbahət heç nə görmürəm. Tanrı Adəmlə Həvvanı çılpaq yaradıbsa, biz niyə vücudumuzdan utanmalıyıq?! İbadətə gələnlər mömin xristianlardır və onlar da vəzlərimə diqqətlə qulaq asırlar. Çılpaq olsalar da, özlərini narahat hiss etmirlər. Əksinə, qəlblərindəki Tanrı eşqi, İsa sevgisi onları yeni doğulmuş körpələr qədər munis edir. Çılpaq duaların da mənası budur: hamımız Tanrı qarşısında olduğumuz kimi görünməli, göründüyümüz kimi olmalıyıq. İnsan maddiyyatdan uzaq olmalıdır. İsa Məsih doğulanda çılpaq idi. Çarmıxa çəkiləndə də, sonradan zühur edəndə də onun əynində paltar yoxdu”, – keşiş Allen Parker deyib.Yerli nudist icmanın kilsəsinə yığışanların bəziləri elə burada nikahlarını kəsiblər.Təbii ki, nikah zamanı bəylə gəlin də çılpaq olublar.”Toyumuzda buraya gəldik. Nikah zamanı çılpaq idik. Amma xanımım bir qədər utandı, əyninə ağ mayka geyindi. Sonra təbii ki, soyundu və toyda tam çılpaq olduq. Əsla utanmadıq. Niyə də utanmalıydıq ki?! Özümüzü olduğumuz kimi qəbul etməli, bir-birimizi sevməliyik”, – kilsədə daim ibadət edənlərdən biri Adam Seynvic deyib.Toyda lüt olan digər bəylə gəlin Robert və Ketidir. Onlar da çılpaq olmalarından əsla utanmadıqlarını söyləyiblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler