Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lüks villalar, evler, torpaq saheleri, dersane – Hakan Şükürün 200 milyonluq serveti

15 Ağustos 2016

4:56 pm


15/08/2016 [20:54]: xeber –
sayt xəbər verir ki, keçmiş milli futbolçu və millət vəkili Hakan Şükürün FETÖ-çu olduğuna görə həbs qərarı verilməsindən sonra zəngin bir sərvətinin olduğu müəyyən edilib. Sakaryada Fethullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair istintaq çərçivəsində Hakan Şükür və atası Selmet Şükürün bütün sərvətinin müsadirə edilməsinə qərar verilib.Aparılan istintaq zamanı Sakarya Respublika Baş Prokurorluğunun  haqqında həbs qərarı çıxaran Hakan Şükür və atası Selmet Şükürün FETÖ-nu maliyyələşdirdiklərinə dair dəlillər əldə edilib.İlk tədqiqatda Hakan Şükür və atası Selmet Şükürün zəngin olduqları müəyyənləşdirilib. Hakan Şükür və atasının Sakarya, Antalya, Bodrum, İstanbul Bakırköy, Beşiktaş, Büyükçekmecedə evlərinin, Adapazarı və Sapanca bina, Kandırada torpaq sahələrinin olduğu müəyyən edilib. Həmçinin futbolçunun Adapazarı şəhər mərkəzində dərsanəsi də olduğu ortaya çıxıb. Dərsanə Maliyyə Nazirliyi Vergi Nəzarət Qurulu Sakarya Qrup Rəhbərliyinin vergi müfəttişləri tərəfindən bağlanıb. Atası Selmet Şükürün Sakaryanın Serdivan rayonunda 10 hektarlıq ərazidə lüks villalar tikdirdiyi də bəlli olub. Hakan Şükür və atasının bütün sərvətinin dəyərinin təxminən 200 milyon lirə olduğu öyrənilib.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler