Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lukaşenko Ermenistandakı sammiti rüsvay etdi – “İrevana gelmeye peşman oldum”

16 Ekim 2016

5:00 pm


16/10/2016 [20:58]: xeber –
“Belə mənasız sualların müzakirəsi üçün məni İrəvana – KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasına gətizdirmək lazım deyildi”Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin 14 oktyabrda İrəvanda keçirilən toplantısında deyib.Erməni KİV-ləri qeyd edir ki, Lukaşenko müzakirə olunan məsələlərin prezidentlər səviyyəsində olmadığını açıqlayıb: “Amma Lukaşenko daha bir müqəddəs cümlə işlətdi. O, dedi ki, dünyada heç kim KTMT-ni tanımır. Yəni, təlimlər keçirən hərbi blok mövcuddur, amma dünyada heç kim onu qəbul etmir. Lukaşenkonun sözlərinin altında nə gizlənir? KTMT BMT mandatına sahib olmaq üçün müraciət etdi. BMT-nin komitələrindəki müzakirələrə, gurultulu bəyanatlara baxmayaraq, görünür, BMT KTMT-ə mandat verməyə razı olmadı. Lukaşenkonun dediyi kimi, BMT nəinki mandat vermək istəmir, KTMT-nin nə olduğunu belə bilmir. Rusiya Prezidenti Vladimir Putinin köməkçisinin dəfələrlə qeyd etməsinə baxmayaraq, sammitə qədər NATO və ABŞ-ın yerləşdirdiyi raket əleyhinə müdafiə sistemlərinin KTMT ölkələri üçün təhdid yaratdığı haqda bəyanat verilmədi. İrəvanda KTMT-nin strategiyası qəbul olunub, ancaq mətnə baxanda bunu demək çətindir. Serj Sərkisyanın sözlərinə görə, strategiya NATO və ABŞ təhdidlərinin qarşısının alınması haqda olmalıdır. Lakin açıq bəyanatların verilməməsi tərəflərin bu haqda razılığa gələ bilmədiyini göstərir. Lukaşenko “dünya KTMT-ni tanımır” deyəndə bunu nəzərdə tuturdu”, – məqalədə bildirilir.(Azərbaycan 24 )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler