Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lukaşenko da ehtiyat tedbrilerini görmeye başladı

18 Temmuz 2016

12:20 pm


18/07/2016 [16:16]: xeber –
Belarus prezidenti Aleksandr Lukaşenko da Ukrayna,  Türkiyə, Ermənistan, Qazaxstanda baş verən hadisələrdən ehtiyatlanaraq ölkədə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə tapşırıq verib. sayt “belta”ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 18-də Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Valeri Vakulçiki qəbul edib və onunla ölkədəki vəziyyəti müzakirə edib.Dövlət başçısı DTK rəhbərinə tapşırıq verib ki, nəyin bahasına olur-olsun ölkədə sabitlik qorunmalıdır: “Məni Belarus ətrafında baş verən hadisələr narahat etməyə bilməz. Allaha şükür olsun ki, biz hələ də hər türlü neqativ hadisələrdən yan qaça bilirik…Biz bunu görürük, haradasa nə baş verirsə biz həmən o hadisələrə hazır oluruq. Ətrafımızda nə baş verir? Ukraynada, NATO-nun son qərarı… Və bunu Türkiyədə gördük. Ermənistanda problemlər. Qazaxstanda  da həmçinin müəyyən problemlər var…. Situasiya çox ağır və mürəkkəbdir. Ona görə də biz nəyin bahasına olursa – olsun  ölkəmizdə sabitliyi və əmin-amanlığı  qoruyub saxlamalıyıq”.Lukaşenko deyib ki, hər hansı xoşagəlməz hadisələr burada baş verməməlidir. Bu məqsədlə Lukaşenko ölkədə  ağır cinayətkarlıqla bağlı istintaq araşdrmaları ilə maraqlanıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler