Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Lotu Quli”nin “Marneuli klanı” -Kimler var?

04 Kasım 2016

5:36 am


04/11/2016 [09:33]: xeber –
Rusiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları paytaxt Moskva və ətraf rayonlarda Azərbaycan mütəşəkkil cinayət şəbəkəsinin görünməmiş aktivliyindən narahatdırlar. Bu haqda  “Rosbalt” agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbə bildirib.Mənbənin bildirdiyinə görə, Moskva şəhəri və Moskva vilayətinin şəhər və rayonlarında azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplar görünməmiş dərəcədə aktivləşiblər. Bu, məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli” (Nadir Səlifov) və “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanovun qruplaşmalarının birləşməsindən yaranan yeni cinayətkar sindikatdır.Xüsusi xidmət orqanlarındakı mənbənin məlumatına görə, yeni kriminal konqlomerat bu ilin yayında formalaşıb. Daha sonra ona “Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılov da qoşulub. “Lotu Quli” yeni kriminal konqlomeratın lideridir və mənbə bildirir ki, hazırda o, ən güclü yaraqlılar “ordusuna” malik olan “vor zakon”dur. Öz növbəsində “Vaqif Bakinski” və “Rəşad Gəncinski” Moskvada iri ticarət mərkəzlərinə və topdansatış bazalarına malik olan iri azərbaycanlı biznesmenlərlə yaxın əlaqələrə malikdir.Bildirilir ki, yeni klan bir-birinin ardınca Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır. “Lotu Quli”nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla, böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Mənbə bildirib ki, “Lotu Quli”nin başçılıq etdiyi klan öz qüvvələrini Moskvaya toplayır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər. “Rusiya xüsusi xidmət orqanları yaxınlarda ölkənin bir çox şəhərlərində qanlı kriminal qarşıdurmaların olacağından narahatdır”, – deyə mənbə bildirib.Xatırladaq ki, bugünlərdə “Rosbalt” Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “Rövşən Lənkəranski”nin qətlinin motivlərini açıqlayıb. Məlum olub ki, onu “Vaqif Bakinski”nin klanına daxil olan “göyərti kralı” Canbulat Şamiloğlunun qətlinə görə öldürüblər. “Rövşən Lənkəranski”nin qətlinin “Lotu Quli”nin dəstəyi sayəsində baş verdiyi bildirilir. Mənbə bildirirdi ki, “Rövşən Lənkəranski”nin qətlindən sonra onun aktivləri uğrunda müharibə başlayır. Rəqib qruplaşma onun “krışası” altında olan obyektləri ələ keçirməyə başlayıb.“Rövşən Lənkəranski”nin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan “Quli”nin önə çıxacağı gözlənilən idi. “Ded Xasan” klanına sadiq olan “Quli” Otar Bədəlovdan sonra  “Marneuli klanı”nın lideri hesab olunur. “Lotu Quli”nin ən yaxın dostu hesab edilən Otar Bədəlov (“Otar Marneulski”) 2003-cü il martın 21-də Moskvadakı “Sushi” adlı barda öldürülməsindən sonra “Quli”nin  azərbaycanlı “qanuni oğru”larla münasibəti daha da pisləşmişdi. Otarın qətli Azərbaycan kriminal qruplaşmalarını iki barışmaz düşərgəyə böldü.Bundan sonra “Lənkəranski” yə “qanuni oğru” adı vermiş “Nardaranlı Mirseymur” qətlə yetirildi. “Peşera” barına gələn iki killer Mirseymura “Steçkin” tipli tapança-avtomatdan 12 güllə vurub. Azərbaycanlı “qanuni oğru” xəstəxanaya çatdırılmamış həyatla vidalaşıb.  İddia olunur ki, Hikmət Muxtarovun (“Sabirabadlı Hikmət”) qətli də məhz Otarın öldürülməsinə “Marneuli klanı”nın intiqamı olub. Hikmətin qətlindən sonra onun nəzarət etdiyi obyektlərə sahiblənmiş “Lənkəranski” də intiqam almaqdan vaz keçməyib. Məsələn, “Vaxa Marneulski” kimi tanın Baxış Əliyevin qətlini yada salaq. Odessada güllələlən “Vaxa” bəzi  mənbələrə görə, “Quli”nin qan qohumu idi.  2012-ci ilin noyabrında  “Ded Xasan”ın rəhbərliyi ilə keçirilən toplantıda “Lənkəranski”nin “oğru” adının alınması barədə qərarı imzalayanlar arasında “Lotu ”Quli” ilə yanaşı “Vaqif Marneulsiki”nin və “Vaxa”nın da adı vardı. Ümumiyyətlə, “Lənkəranski”nin Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”larla münasibətləri həmişə kəskin olub.  Bu sırada “Vaqif Marneulski” də var. “Rövşən Lənkəranski”nin “Vaqif Marneulski” arasında konflikdən danışarkən 2010-cu ildə keçirilən bir “sxodka”nı yada salmaq lazım gəlir. 2010-cu ilin avqustunda  V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında “Lənkəranski”yə  yaxın “qanuni oğru” Cemal və  Mamuko Mikeladze qardaşlarınıln kottecində toplaşıblar. Məlumatlar var ki, bu “sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” Vaqifi vurmaq istərkən (“qanui oğru”ya əl qaldırmaq bağışlanılmaz  səhv sayılır) özü zərbə alıb. Bu “sxodka”dan sonra “Lənkəranski” ilə münasibətlər daha da pisləşib. “Cemo” isə Bıtırkada “Vaqif Marneulski” nin təşkil etdiyi “sxodka” da adını itirib…50 yaşlı “Vaqif Marneulski” 2001-ci ildə “qanuni oğru” adını alıb. Onun “Quli” ilə güclərini birləşdirməsi Rusiyada azərbaycanlıların mövqelərinə təsir edə bilər. Belə ki, “Lənkəranski”nin qətlindən sonra azərbaycanlıların  bazarlardan sıxışdırılması  prosesi vüsət alıb. (Virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler