Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Londonda aeroportdan 500 nefer texliye olundu

21 Ekim 2016

7:28 pm


21/10/2016 [23:25]: xeber –
İngiltərənin paytaxtından şərqdə yerləşən “London-Siti” hava limanında sərnişinlər və işçi heyəti daxil olmaqla təxminən 500 nəfər təxliyə olunub.sayt-ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə yerinə həkimlər briqadası və polislər cəlb olunub.Hadisənin rəsmi səbəbi hələ ki, açıqlanmır. Lakin o məlumdur ki, təyyarədə olan sərnişinlərdən bir neçəsi özünü pis hiss edib. Hadisə şahidlərindən biri iddia edir ki, eskalatora insanların nəfəs almaması və öskürməsinə səbəb maddə töküblər.“Sky News”un məlumatına görə, insident böyük ehtimalla kimyəvi maddənin sızması nəticəsində baş verib. Həkimlər özünü pis hiss edən 26 nəfərə kömək göstərib, iki nəfər xəstəxanaya yerləşdirilib.Qeyd edək ki, “London-Siti” Londonun ən kiçik beynəlxlaq hava limanlarından biridir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler