Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lökbatan qesebe sakinini qetle yetirmekde teqsirlendirilen şexslerin şikayeti esasında mehkeme başlayıb

22 Ekim 2016

8:36 am


22/10/2016 [12:34]: xeber –
Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fuad Nurməmmədov və Vüsal Rəhimovun barələrində olan hökmdən verilən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.sayt-ın Report-a istinadən xəbərinə görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin növbəti iclası oktyabrın 27-nə təyin edilib.Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabrında baş verib. Bakı şəhər sakini Vüsal Rəhimov Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi qətlə yetirib. Sentyabrın 23-də V.Rəhimov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib, hadisə yerini tərk etməsini bildirib. Mərhumun meyiti isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılıb. R.Xəlfəyevin meyiti ekspert-kriminalistlər tərəfindən eksqumasiya edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutularaq istintaqa təhvil veriliblər.Həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler