Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Livanda yeni baş nazir seçilib – el-Heriri

03 Kasım 2016

4:20 pm


03/11/2016 [20:17]: xeber –
Livan hökumətinə Saad əl-Həriri başçılıq edəcək.“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, onun namizədliyini Livanın yeni seçilmiş prezidenti Mişel Aun irəli sürüb.Saad əl-Həririnin lehinə 127 deputatdan 110-u səs verib. O, qərbyönümlü “Əl-Müstakbal” hərəkatının başçısıdır.Livanın “Hizbullah” təşkilatı bir qayda olaraq əl-Həririyə qarşı çıxsa da, ancaq səsvermə zamanı hizbullahçılar bu addımı atmayıblar.Livanın keçmiş baş naziri, müxalifət rəhbəri Saad əl-Həriri bildirib ki, Suriya prezidenti Bəşər Əsəd rejiminin devrilməsi qaçılmazdır.Qeyd edək ki, o, 2000-ci il oktyabrın 23-dən 2004-cü il oktyabrın 21-dək Livanın baş naziri olub, 2005-ci il oktyabrın 19-da terror nəticəsində öldürülən Rafiq əl-Həririnin oğludur. Həmin terror zamanı Rafiq əl- Həriridən başqa 2 nəfər də həlak olub.Saad əl-Həriri 2009-cu il noyabrın 9-dan 2011-ci il iyunun 13-dək Livan hökumətinə başçılıq edib. İndi o, 2013-cü il aprelin 6-da baş nazir seçilmiş Tammam Salamı əvəz edəcək. Saad əl-Xəriri 1970-ci il aprelin 18-də Səudiyyə Ərəbistanında anadan olub. Onun var-dövlətinin 4,1 milyard dollara çatdığı bildirilir.Onun baş nazir olmasının yeni prezidenti seçilməsi ilə də əlaqələndirirlər.Xatırladaq ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalıb. Mişel Naim Aun seçilənədək 45 dəfə cəhd edilib, ancaq onların hamısı uğursuzluqla nəticələnib.Livan siyasətinin veteranlarından olan M.Aun Livandakı “Hizbullah” qruplaşmasının müttəfiqlərindən sayılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler