Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Litvalı jurnalist Cenevrede Qarabağdan danışacaq…

02 Ekim 2016

6:32 am


02/10/2016 [10:29]: xeber –
Tanınmış Litvalı jurnalist Riçard Lapaitis Avropa təşkilatları qarşısında növbəti dəfə Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini müdafiə etmək məqsədilə Cenevrəyə yollanıb. sayt xəbər verir ki, jurnalist bu haqda öz facebook səhifəsində yazıb.  R.Lapaitis yazır:”Azərbaycanın Dağlıq Qarabağdan olan qaçqınlarının öz doğma ocaqlarına dönmək hüquqlarını bir daha müdafiə etmək məqsədilə Cenevrəyə yollanıram. Belə şey heç vaxt unudulmur…”Əcnəbi jurnalist həmin statusunun yanında Qarabağ didərginlərinin fotosunu yerləşdirib. Ondan əvvəlki statusunda isə dağla gedən yol fotosu yerləşdirmiş R.Lapaitis yazıb:”Bu yolla nə vaxtsa kimlərsə öz evlərinə gedirdi. İndi onlar bu yolla gedə bilmirlər. Dağlıq Qarabağ…”Xatırladaq ki, Riçard Lapaitis Azərbaycanda 1991-1994-cü illərdə Qarabağ savaşı zamanı ölkəmizin haqlı mövqeyini müdafiə edən obyektiv reportajlarıyla tanınıb. O son onilliklərdə xaricdə dəfələrlə Xocalı faciəsi barədə film və kitablar nümayiş etdirib, çıxışlar edib. Jurnalistin ermənilərin 1991-1994-cü illərdə  Qarabağda kimyəvi silah işlətməsi haqda araşdırma  məqaləsinin  azərbaycanca tərcüməsini ilk dəfə olaraq bu ilin mayında sayt  oxuculara təqdim etmişdi.   Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler