Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Liderlerden enerji çıxışı – Neft ilin rekordunu qırdı

11 Ekim 2016

6:32 am


11/10/2016 [10:30]: xeber –
İstanbulda oktyabrın 9-dan başlayaraq beş gün davam edəcək 23-cü Dünya Enerji Konqresi dünən tarixi anlarla yadda qalıb.Dünən Azərbaycan, Venesuela, Rusiya və Türkiyə prezidentləri çıxış ediblər. Daha sonra Mabeyn köşkündə prezident Ərdoğanla Putin bir araya gəliblər. Bir saat 40 dəqiqə davam edən görüşdən sonra hər iki lider birgə mətbuat konfransı keçiriblər. Türkiyə və Rusiya Qaradənizdən keçməklə rus qazını Türkiyəyə daşıyacaq və maliyyə xərcləri 12,5 milyard dollar olan “Türk Axını” təbii qaz boru xətti layihəsini imzalayıblar.Dünən baş tutan Enerji Konqresində liderlərin çıxışlarından sonra neftin qiymətində kəskin artım müşahidə edilib.Belə ki, Brent markalı neft son bir ildə ən yüksək – 53,5 dollar səviyyəsinə qalxıb. WTI markalı neftin isə bu gün səhər saatlarına görə bir barreli 51,25 dollar olub. (Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler