Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Lezgi Mescidi”nin bağlanması sebebi Moderator.az-da…

27 Temmuz 2016

5:36 pm


27/07/2016 [21:31]: xeber –
Xəbər verdiyimiz kimi dünən İçəri Şəhərdə yerləşən Ləzgi məscidi təmirə bağlanıb. sayt-ın apardığı araşdırma nəticəsində bu məscidin Azərbaycanda radikal dindarların toplaşdığı yer olduğu müəyyən edilib. Apardığımız araşdırmalarda məscidlə bağlı yeni təfərrüatlar öyrənmişik. Əməkdaşımız bu məscidə gedən şəxslərin nəyə görə radikallaşdığını səbəbini açığa çıxarıb. Sən demə, bütün bunların əsas səbəbi məsciddə yayılan dini ədəbiyyat və ibadət edənlərə verilən dini dərslər olub. Bu məscidə İslam tarixinin ən radikal alimlərinin yazdığı ədəbiyyatlar təbliğ olunurmuş.  Məsələn, məsciddə dünyanın bir sıra müsəlman ölkələrində qadağan olunan İbn Teymiyə adlı İslam aliminin kitabları yayılıb. İbn Teymiyyə 13-cü əsrdə yaşamış ən radikal islam alimi olub. O daim radikal yanaşma sərgiləyərək müsəlman olmayan şəxslərə qarşı sərt mövqe tərəfdarı olub, qeyri müsəlmanların qanlarının halal olduğunu deyib bütün tərəfdarlarını onun əqidəsindən olmayanların kafir olduğunu deyib insanları bir-birinə qarşı qoyub, müharibələrə səbəb olub. Məscidə toplaşanların bir başqa istinad etdiyi alim isə Məhəmməd İbn Əbdülvahab olub. 18-ci əsrin əvvəlində Səudiyə Ərəbistanında Osmanlıya qarşı ərəblərin xalq hərəkatını başlayan bu adam hazırda Vəhabilik təriqətinin banisi hesab olunur. Əbdülvahab da öz növbəsində özlərindən başqa bütün müsəlman məzhəblərinin qanının halal olduğunu buyurub, yazdığı kitablarında cihadı təbliğ edib. Apardığımız araşdırmadan sonra məlum oldu ki, bu günə qədər dünyada terror aktları törədən Əl-Qaida, Boko-Haram, İŞİD qruplaşmasının istinad etdiyi alimlər də məhz qeyd etdiyimiz bu iki alim olub. Bu alimlərə istinad edən qruplar dünyanın müxtəlif coğrafiyalarında terror aktları həyata keçirib. sayt olaraq apardığımız araşdırmadan hüquq-mühafizə orqanlarımızın da yararlanmasını istərdik. Biz qeyd etdiyimiz məsələlər hər biri tutarlı faktdır. Hüquq mühafizə orqanları hazrda həbsdə olan və İŞİD cəbhəsində vuruşan azərbaycanlıların ifadələrinə bir də baxsın. Onlar bir daha şahidi olacaqlar ki, bu şəxslərin nə vaxtsa Ləzgi Məscidi ilə əlaqəsi olub. Bu insanlar isə Suriyada cihad olduğuna görə gedib orada vuruşublar. Yəni onların hər biri potensial hərəkatçıdır. Onlar istənilən vaxt nəinki Azərbaycana, ümumiyyətlə bütün regiona böyük təhlükə yarada bilən radikal ideologiyaya sahibləniblər…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler