Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Leyla Əliyeva bebirlerin berpa merkezinde – Fotolar

06 Eylül 2016

1:00 pm


06/09/2016 [16:58]: xeber –
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Soçi Milli Parkındakı Qafqazda Bəbirlərin Bərpası Mərkəzində olub. Leyla Əliyeva yeni doğulmuş bəbirlərin vaksinasiyası prosedurunda iştirak edib və “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının rəhbərliyi ilə işçi görüş keçirib. Görüşdə Ön Asiya bəbirinin tarixi yaşama arealı ərazisində populyasiyasının bərpası perspektivləri müzakirə olunub.Ön Asiya bəbirinin bir vaxtlar Azərbaycanda vəhşi təbiətdə yaşadığı bildirən Leyla Əliyeva deyib: “Bəbirin ayrı-ayrı növlərinə hələ də ölkənin bəzi ucqar dağlıq rayonlarında rast gəlinir. Bu nadir yırtıcının qorunmasının və onun Qafqaz dağlarının vəhşi təbiətinə qaytarılmasının əhəmiyyətini Rusiya Federasiyası kimi, ölkəmiz də dərk edir. Dövlətlərimizi təkcə ümumi sərhədlər deyil, həm də təbiətin mühafizəsi üzrə fəaliyyətdə, o cümlədən bəbirin reintroduksiyası proqramının reallaşdırılmasında ümumi vektor birləşdirir. Ən yaxşı rusiyalı və azərbaycanlı ekoloqları cəlb edərək birgə səylərlə təbii mühitdə bəbirin bioloji davamlı populyasiyasının formalaşmasında əhəmiyyətli nəticələrə nail ola bilərik”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler