Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lenkeranskinin adamları müharibeye hazırlaşır – Böyük toplantı olacaq

19 Ağustos 2016

12:36 pm


19/08/2016 [16:35]: xeber –
Qətlə yetirilən əfsanəvi kriminal general Rövşən Lənkəranskinin tərəfdarları qisas almağa hazırlaşır.  “Qanuni oğru”nun yas mərasimindən sonra ona yaxın olan avtoritetlərin böyük toplantısı nəzərdə tutulub. Toplantıda Rövşəni “aradan götürən” klanın zərərizləşdirilməsi və ya onlara böyük zərbələrin vurulması, eləcə də mərhumun nəzarətindəki sahələrin idarəçiliyi və başqa vacib məsələlər barədə müzakirələrin aparılacağı bildirilir. Məlumatlarda qeyd olunur ki, yas mərasimindən sonra kriminal dünyada misli görülməmiş müharibənin başlanması qaçılmazdır. Lənkəranskinin saysız-hesabsız tərəfdarları liderləri qarşısında öz vəzifələrini yerinə yetirmək üçün qanlar tökəcəyi şübhə doğurmur.  Bu arada Lənkəranskinin ən yaxın ətrafında daha bir neçə nəfərin qətlə yetirilə biləcəyi ehtimal olunur. İddia edilir ki, qətli sifariş edənləri bu yolla tez bir zamanda Lənkəranski klanını tamamilə zərərsizləşdirmək istəyir.  Qeyd edək ki, MDB məkanında ən nüfuzlu “qanuni oğru”lardan birinin öldürülməsi kifayət qədər ciddi rezonans doğurub. Lənkəranskiyə qarşı təşkil edilən hücumu yeni kriminal müharibə ilə əlaqələndirilir. Məlumata görə, o, MDB məkaının ən nüfuzlu “qanuni oğru”su sayılan Zaxari Kalaşovun (Şakro Molodoy) həbsindən sonra başlanan yeni müharibənin qurbanı olub. Rövşən Lənkəranski və Merab Canqveladze öz təşəbbüsləri əsasında Şakro Molodoyun “qanuni oğru”ların tacının əlindən alınmasına qoyduğu qadağanı pozaraq, bir neçə avtoriteti bu addan məhrum edib.Ehtimal olunur ki, məhz bu fəallığına görə Rövşən Lənkəranski sui-qəsdin qurbanı olub. Rövşən Lənkəranski məşhur avtoritet, “Ded Xasan” ləqəbli yezidi kürd Aslan Usoyana qarşı təşkil edilən sui-qəsdin əsas sifarişçisi sayılır. “Ded Xasan” 16 yanvar 2013-cü ildə snayperlə qətlə yetirilib.  Bundan əlavə o, məşhur “qanuni oğru”, hazırda Azərbaycanda həbs cəzası çəkən Lotu Qulinin ən böyük düşməni sayılırdı. Dəfələrlə Quli tərəfdarları ilə Lənkəranskinin adamları arasında silahlı toqquşmalar olub, onlarla şəxs bu müharibədə həyatını itirib. (aznews.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler