Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Lenkeranski” türk klanı yaradıbmış…

03 Eylül 2016

7:40 am


03/09/2016 [11:37]: xeber –
Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan “ qanuni oğru”ların iştirakı ilə baş tutan “sxodka”nın yeni təfərrüatları bəlli olub. Kriminal “sxodka”da əsasən, “Rövşən Lənkəranski”yə yaxın olan gürcü avtoritetlər iştirak ediblər.Kriminal yığıncaq “Lənkəranski”nin yaxın dostu Merab Canqveladzenin (“Merab Suxumski”) rəhbərliyi altında keçirilib. Buna qədər yayılan xəbərlərdə deyilirdi ki, tanınmış oğrular Merab Baxiya, “Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ilə baş tutan “sxodka”da “Rövşən Lənkəranski”nin qətlinin təşkilatçı və icraçılarına ölüm hökmü çıxarılıb.Həmin “sxodka”da qeyri-millətlərdən olan avtoritetlərin Rusiyadan sıxışdırlıb çıxarılması da müzakirə mövzusu olub. Slavyan mənşəli avtoritetlərə qarşı yeni cəbhənin açılması da qərarlaşdırılıb. Rusiyanın rosbalt.ru saytı yazır ki, “sxodka”da gözlənilməz olan bu mövzu müzakirə edilərkən slavyan mənşəli “qanuni oğru”lar – “Petrik” ləqəbli Aleksey Petrov, “Şişkan” ləqəbli Oleq Şişkanov, “Tyurik” ləqəbli Vladimir Tyurin hədəf seçiliblər.Bu il avqustun 18-də öldürülən “Rövşən Lənkəranski”nin mənsub olduğu klanı “türk” klanı adlandıran sayt yazır ki, “Merab Suxumski” və ətrafı “sxodka”da slavyan “qanuni oğru”ların Rusiya kriminal aləmini ələ keçirdiyini bildirib. Ətrafını slavyanları bu aləmdən “təmizləməyə” çağırıb. “Sxodka”da slavyan “qanuni oğru”ların hazırda Yunanıstanda olan “kriminal general” “Laşa Rustavski”yə dəstək verdikləri qeyd edilib. Laşa Şuşanaşvilinin  “Rövşən Lənkəranski”nin qətlində adı keçən, hazırda həbsdə olan yezdi-kürdü “Şakro Molodoy”un əvəzinə onun təmsil etdiyi kriminal qruplaşmaya namizəd olması da qeyd edilib. Bu “sxodka”dan sonra Rusiyada yerli kriminal qruplaşmalarla gəlmələr arasında qanlı “razborka”ların olacağı şübhəsizdir.Bu arada “Rövşən Lənkəranski” qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olması üzə çıxıb. Bu günə qədər “Rövşən Lənkəranski”nin qətli ilə bağlı ümumilikdə 4 nəfər saxlanılıb.  “Rövşən Lənkəranski” güllələnən zaman onun yanında olmuş şəxsin vəziyyəti ağır olaraq qalır. Məlumata görə, həmin şəxsin bədənindən 4 güllə çıxarılıb. Hadisə ilə bağlı Tahir C., Hacıbaba.T., Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb. Məlumata görə, polis tərəfindən aparılan istintaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub. Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T. -nın axtarıldığı da bildirilir. Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı “Rövşən Lənkəranski” və Hacıbaba T.İstanbul polisi tərəfindən axtarılırmış. Qeyd edək ki, avqustun 18-də “Rövşən Lənkəranski” İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstəxanada vəfat edib.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler