Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lenkeranski öldü, düşmeni “Lotu Quli” hebsxanada ad gününü qeyd etdi

22 Eylül 2016

11:00 am


22/09/2016 [14:59]: xeber –
Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından birinin həbsxanada ad günü keçirilib. Bu barədə xarici mediada məlumat verilib. Təntənəli mərasimin qəhrəmanı “oğru” aləmində “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdur.“Bu gün oğru anadan olub! – deyə mərasimdəkilərdən biri “malyava” oxuyur. “Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə can sağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız – “qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onu sağlığına bir fincan “çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”.Bütün bunlardan sonra mərasimdəki qışqırıblar: “Allah Quliyə cansağlığı versin! “Oğrulara həyat!”.Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir.Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından sayılan Nadir Səlifov hazırda uzunmüddətli çəzasını çəkir. Hələ 1996-cı ildə, 27 yaşında Azərbaycanda adam oğurluğu, qanunsuz silah saxlama və zorakılıq ittihamları ilə həbs edilib.İndi onun 43 yaşı var və 27 yaşında “taclandırılıb”. O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.Qeyd edək ki, “oğru” aləmində “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov bu yaxınlarda İstanbulda qətlə yetirilən digər azərbaycanlı “qanuni oğru”, “Rövşən Lənkəranski” ləqəbi ilə tanınmış Rəvşən Vanıyevlə “qanlı bıçaq” olub. “Oğru aləmi”ndə həmişə bir-birinə düşmən gözü ilə baxan bu avtoritetlərin adamları arasında bir neçə dəfə ciddi dava-dalaş baş verib.(modern.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler