Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Lenkeranski” bu maşına minseydi, sağ qalacaqdı…

20 Ağustos 2016
6:44 am


20/08/2016 [10:40]: xeber –
Dünyadakı zirehli maşınlar, onların qoruma mexanizmi və qiyməti barədə bilmədiklərimiz Dünyada terror, qan, həyati təhlükələr artdıqca önləmlər də ona adekvat olaraq artmaqdadır. Cangüdənlər, yüksək texnoloji yeniliklər, önləyici tədbirlər… Son olaraq kriminal avtoritet Rövşən(“Lənkəranski”) Canıyevin qətli də bu məsələni yenidən  aktual etdi. Həyatına bu qədər təhlükə olduğunu bilən adam niyə lazımi səviyyədə qorunmadı? Məsələn, onun zirehli maşını olsa, bəlkə də killerin qurbanı olmayacaqdı…“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, son illərin ən güclü, yüksək texnoloji standartlara cavab verən zirehli maşınları ilə bağlı araşdırma aparıb. Təfərrüata keçməzdən öncə, sizi zirehli maşınların yaranma tarixi ilə tanış edək.İlk zirehli maşın… ruslarındırÖncə ondan başlayaq ki, ilk zirehli maşın II Dünya müharibəsində Almaniyada BMP “Marder” adı ilə istehsal edilib. Sonra isə eyni quruluşlu maşın ABŞ-da BMP-M2 “Bredil” adı altında satışa buraxılıb. Hərbi məqsədlər üçün istifadə edilən zirehli maşınlar daha sonra dünyanın məşhur avtomobil şirkətləri tərəfindən mülki maşınlar formasında istehsala buraxılıb. İlkin zamanlarda zirehli maşınlardan sadəcə yüksək rütbəli hərbçilərin, hərbi sənədlərin, kəşfiyyatçıların daşınması üçün istifadə edildiyi halda, sonradan mühüm şəxslərin də gündəlik həyatının vazkeçilməz atributuna çevrildi.Digər mənbələrdə isə göstərilib ki, ilk zirehli maşın Rusiyada yaradılıb. Mühəndis Luskoy 1900-cü ildə onun ilkin ideyasını verib eskizlərini cızıb, 1902-ci ildə mühəndis Simms gücünü səfərbər edərək onu araya-ərsəyə gətirib.Dünya tarixində zirehli maşından ilk dəfə istifadə edən siyasi lider ABŞ prezidenti Harri Trumen olub. 1949-cu ildə həyatını qorumaq istəyən prezident zirehli maşının ən ibtidai formasından istifadə edib. Sovetlərdə isə ilk zirehli maşın Stalinə ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən hədiyyə edilib. Hətta Stalin Tehran, Yalta, Potsdam səfərlərinə gedərkən qatardan düşən kimi ona hədiyyə edilmiş ağ rəngli zirehli “Mercedes”indən istifadə edərmiş.XXI əsrdə də Stalinin yolunu gedən siyasətçilər, dövlət adamları, məşhur sənətçilər kifayət qədərdir. Dünyanın əksər ölkələrinin prezidentləri qarajlarında zirehli maşınlar saxlayırlar. Odur ki, bütün prezidentlərin adlarını siyahıya yazıb vaxt və yer aparmaq fikrində deyilik.  Amma bu siyahıda bolşeviklərin dahi rəhbəri Vladimir İliç Lenini unutmaq olmaz.  O da zamanında zirehli “Rolls Royce”dan istifadə edirdi. Onun qarajında “Renault”, “Delanay Billville” və “Turket Mery” markalı avtomobillər də olub. SSRİ rəhbəri olmuş Stalin isə “ZİS-115″ zirehli avtomobilindən istifadə edib. Mümkün sui-qəsddən özünü qorumaq üçün Stalin məhz bu model avtomobillə səyahət edirdi. Avtomobil Stalin adına avtomobil zavodunda istehsal olunub. Böyük Britaniyanın sabiq baş naziri Devid Kameron ”Bentley State Limousines” avtomobilindən istifadə edib. 400 at gücündə olan avtomobilin maksimal sürəti 210 km/saatdır.Eləcə də MDB məkanında bu tip maşınlardan ən çox prezidentlər və yüksək rütbəli məmurlar istifadə edir. Bu siyahıda ən çox diqqəti cəlb edən şəxs Gürcüstanın mərhum  prezidenti Eduard Şevardnadze olub. Xatırladaq ki, eks-prezidenti 1998-ci ilin qışında gözlənilən ölümdən məhz zirehli maşını xilas etmişdi. Həmin il fevralın 9-da Şevardnadzenin kortejinə basqın edən terrorçular prezident maşınına qumbaraatandan və avtomatlardan atəş açmışdılar. Hadisə nəticəsində sabiq prezidentin cangüdənlərindən biri həlak olsa da, özü bədən xəsarəti almışdı.Dünyanın ən bahalı zirehli maşınları – 350 min dollardan 1.5 milyon dollara qədər…Dünyanın ən bahalı zirehli avtomobillərinin qiyməti də maraq doğurur. Məlum olub ki, əsasən, sifarişlə dövlət başçıları və yüksək rütbəli məmurlar üçün hazırlanan bu maşınlar Almaniyanın məşhur avtomobil markaları tərəfindən istehsal olunur. Zirehli maşınların ən ucuzu 350 min dollardan başlayır. Ən bahalı zirehli maşının qiyməti isə 1,5 milyon dollardır. Maşın sərnişinlərini snayper gülləsi və qrantomyotun zərbəsindən qoruyur.İndi isə dünyanın ən bahalı 10 zirehli maşının siyahısına və o maşınların özəlliklərinə diqqət edək: “Lexus LS 460 L” – 300.000 dollar“Lexus LS 460 L” problemsiz özəlliklərə sahibdir. Avtomobil müxtəlif növ zirehli maşınların istehsalçısı olan “İnkas” tərəfindən hazırlanıb. “Lexus LS 460 L” olduqca ağır olsa da, bir o qədər etibarlı və təhlükəsizdir. Orijinal “Lexus”, bomba partlamalarına belə tab gətirən bir özəlliyə sahibdir. “BMW 750Li Sedan” – 340.000 dollar“750Li Sedan”ı daha etibarlı və təhlükəsiz hala gətirmək üçün hazırlanmasında yüzlərlə kilo dəmirdən istifadə edilib. Maşının motoru 400 at gücündədir. Bir çox zirehli “Sedan”larda maliyyəni azaltmaq üçün ancaq arxa oturacaq və sürücü yeri təhlükəsiz vəziyyətə gətirilir. Ancaq zirehli “Sedan” təkcə qabaq oturacaqdakları  deyil, arxadakıları da eyni dərəcədə qoruyur. Maşının radiator, qabaq silgəclər və benzin qabının da zirehli olması diqqət çəkən nüanslardandır. “Cadillac Escalade ESV” – 350.000 dollar“Cadillac Escalade ESV”  lüks ola bilməsi üçün hər hansı məsrəfdən ixtisar edilməyib. Maşının içində dəri döşəmə, parket döşəmə, böyük lcd ekranlar yerləşir. ESV, ekstra güclü texnologiyadan istifadə edilərək sıfırdan hazırlanıb. Becker, güllə keçirməyən metal və 40 mm-lik şüşəsi ilə olduqca yüksək səviyyəli bir qorumanı təmin edir. “Mercedes Benz S-Guard”-400.000 dollar“Mercedes Benz” sinfinə daxil olan bu zirehli maşın bazardakı ən populyar maşınlardan biridir. Maşının xarici zirehli özəlliklərlə örtülsə də, bu, onun estetik görüntüsünə zərrə qədər də xələl gətirməyib. “Mercedes Benz S-Guard”, M60 silah hücumunu dəf edəcək qədər güclü hazırlanıb. “S-Guard”, bir qaz hücumu zamanı xarici deşiklərin hamısını bağıayır və maşının içinə təmiz hava verərək, öz oksigen sisremini dövrəyə daxil edir. “Knight XV”-629.000 dollar“Knight XV”, dünyanın ən populyar zirehli maşın istehsalçısı olan “Conquest”in xarüqələrindən biridir. “Knight XV” ancaq 100 maşınla məhdudlaşdığı üçün nadir tapılır. Maşında V10 motor, yüksək müqavimətli zireh yerləşir. Bundan başqa, maşının içində TV, bar, soyuducu, isitməli oturacaqlar və əyləncə üçün media mərkəzi də var. “Huron APC”-630.000 dollarBu maşın olduqca ağır olması ilə diqqət çəkir. “Horon” müxtəlif növ silahlara və əl bombalı hücumlara davamlı quruluşda hazırlanıb. Bu zirehli maşın hərbi müdafiədən daha çox özəl istifadə üçün təşkil edilib. “Audi A8 Security” – 700.000 dollar“Audi A8 Security” isə tam zirehlidir. Amma bu zirehin fərq edilməsi bir az çətin ola bilər. “Audi A8 Security”, normal lüks bir “Audi”yə bənzədilərək hazırlanıb. Bu özəl “Audi”nin tamamən gülləkeçirməz olması Alman Balistik Test Mərkəzi tərəfindən təsdiqlənib. Məhz bu marka maşın üçün istehsal prosesi son dərəcə təhlükəsiz bir atmosferdə, ixtisaslaşmış işçilər tərəfindən əllə hazırlanır. İşçilər maşının hissələrini tamamlamaq üçün 400 saatdan artıq işləyirlər. Maşın odla, atəşlə bağlı hər şeyə dayanıqlıdır. Bundan başqa,  LED siqnalları, bir duman detektoru, radio qəbulediciləri və bir siqnala sahibdir. “Mercedes Benz G63 AMG” – 1 milyon dollar“Mercedes Benz G63 AMG” mövcud ilan ən yaxşı zirehli limuzinlərdən biridir. “İnkas” tərəfindən istehsal edilən G63 AMG, daxili-xarici təhlükəsizliklə yanaşı, lüks olması ilə də diqqət çəkir. Bundan başqa, maşında qara dəri oturacaqlar, özəlləşdirilmiş işıqlar, gülləkeçirməz şüşə, təhükəsizlik kameraları var. s“Cadillac One ”The Beast”-1.5 milyon dollar“Cadillac One Beast” ABŞ prezidentini daşımaq üçün hazırlanan özəl zirehli bir maşındır. Bu “Cadillac” təxminən 1.5 milyon dollar maliyyəsindədir. Maşında yanğın söndürücü köpük, bir yanğın söndürmə sistemi, ayrılmış oksigen qaynağı, baqajda ekstra silahlar var. Aracın zırehi ağır çəlik, alüminium, titanium və seramikadan hazırlanıb. Bu xüsusiyyətlər xaricdən müdaxilə ilə maşının qapılarının açılmasını qeyri-mümkün vəziyyətə gətirib. Bundan başqa, maşın tələlərə qarşı kömək çağırmaq üçün özünün şifrəli xəbərləşmə sistemini yaradıb.Dünyanın ən önəmli siyasi liderlərindən birinin təhlükəsizliyini təmin edən bu nəqliyyat vasitəsi eyni zamanda bir limuzin xüsusiyyətini daşıyır.“Kombat T98” -1.5 milyon dollarBu maşın isə daha çox rus siyasətçilər və Avropadakı şahzadələr tərəfindən seçilir. Bütün özəlliklərindən əlavə, maşın almaz qatlı ağ qızılla örtülmüş pəncərəyə sahibdir. Bundan başqa, maşının 8.1 litrlik V8 motoru, gülləkeçirməz özəlliyi partlamalara dözümlü zirehlər ilə təchiz olunub.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler