Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lenkeranda avtomobil suötürücü kollektora düşüb

09 Temmuz 2016

4:28 am


09/07/2016 [08:25]: xeber –
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 202-ci kilometrliyində,  Digah kəndi ərazisində qeydə alınıb. Lənkəranın Digah kənd sakini, 35 yaşlı Raqib Ramazanov idarə etdiyi “VAZ-21003” markalı, 42 BC 734 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən  idarəetməni itirərək yolun kənarındakı suötürücü kollektora düşməklə, eyni zamanda beton divara çırpılıb. Güclü zərbədən sürücü və onun yanındakı sərnişin, rayonun Sütəmurdov kənd sakini, 24 yaşlı Vüsal Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin versiya kimi qəzanın avtomobilin sürücüsünün düzgün ötmə əməliyyatı aparmaması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler