Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lenkeranda ağır qeza – 7 nefer yaralandı+Fotolar

16 Eylül 2016

4:24 pm


16/09/2016 [20:22]: xeber –
Lənkəran rayonunun Şağlarkücə kəndində bir ailənin beş üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.Lənkəran-Lerik şossesinin 7-ci kilometrliyində “Mercedes CİP” markalı avtomobillə “Nissan Sunny” markalı 42-BP-239 dövlət nömrə nişanlı avtomobil toqquşub.”Nissan”ın sürücüsü 1990-cı il təvəllüdlü Fərahim Məlikzadə, anası 1965-ci il təvəllüdlü Şinəxanım Fərəcova, gəlini 1995-ci il təvəllüdlü Salatın Fərəcova və iki azyaşlı nəvəsi Hüseyn Fərəczadə və Nur Fərəczadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatırılıb.Digər avtomobildə olan Malik Babayev və Mehman Həbibov orta ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.Qəza şahidlərinin sözlərinə görə, Lənkəran istiqamətində hərəkət edən “Mercedes”in sürücüsü hadisəni törətdikdən sonra avtomaşının dövlət nömrə nişanlarını açaraq hadisə yerindən qaçıb.Polis sürücünün müəyyənləşdirilməsi istiqamətində axtarış aparır.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler