Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Leninle topqalax oynayan azerbaycanlı… -MARAQLI

22 Eylül 2016

1:36 pm


22/09/2016 [17:33]: xeber –
«Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edil-mişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edə bilər!» Quran, «İnək» surəsi, 269-cu ayə.Allahın hikmət bəxş edərək övliyalıq məqamına yüksəltdiyi mötəbər qullarından biri də Zaqatala rayonunun Gözbaraq kəndində yaşamış Osman əfəndidir. O, 1880-ci illərdə Dağıstan mahalının Rutul rayonunun Cınıx kəndində doğulub.Gənclik illərində Kazan şəhərindəki giminaziyada kommunizmin banisi və Sovet dövlətinin qurucusu V.İ.Leninlə birlikdə oxuyan Osman Əfəndi Volodya ilə dostluq edir. Sonralar o, Lenini belə xatırlayırdı: «Çox iti zəkalı, elmli, bacarıqlı və ağıllı uşaq idi. Komandalara bölünüb topqalax oyunu oynayardıq, Leninin komandasını heç bir komanda uda bilməzdi. Bir gün Volodyadan xahiş etdim ki, sən bu gün oyuna qarışma, görək komandan uda biləcəkmi? Həmin oyunu son üç ildə ilk dəfə idi ki, Leninin komandası uduzurdu».Osman əfəndi Giminaziyanı bitirdikdən sonra çoxlu uşağa sahib olan atası onu ailədən aralayır ki, sənə elm vermişəm, başqa heç nəyə ehtiyacın yoxdur, get öz elminlə həyatını qur. Beləliklə o, Zaqatala rayonunun Gözbaraq kəndində yaşayan və dövrünün ilahiyyat alimi kimi tanınan övliya Qasey əfəndinin yanına gəlir. Ondan bir qədər dərs aldıqdan sonra, Qasey əfəndi öz vəsaiti hesabına Osman əfəndini Buxarada Mirərəb Ali Ruhani məktəbində oxudur. Buranı bitirdikdən sonra o, artıq hərtərəfli biliyə malik bir din xadimi kimi Gözbaraq kəndinə qayıdır və dini fəaliyyətlə məşğul olmağa başlayır. Beləliklə, dövrünün alimi və övliyası kimi, xalq arasında böyük nüfuz qazanır. Duaları müstəcəb olduğunudan, qapısından ziyarətçilər əskik olmazdı. Quranın şəfaverici xüsusiyyətlərindən xəstələrin müalicəsi üçün istifadə etməyi bacaran Osman əfəndi həm də həkim kimi şöhrət qazanaraq, Loğman Peyğəmbərin missiyasını davam etdirirdi. Necə ki, Rəbbim «Loğman» surəsində (12-ci ayə) buyurur: «Həqiqətən, Loğmana: «Allaha şükür et!» – deyə hikmət (elm) verdik».Osman əfəndinin həkimlik fəaliyyəti və mülaciə üsulları barədə Gözbaraq kəndinin 82 yaşlı sakini Baba Hüseyn oğlu bizimlə söhbətində maraqlı əhvalatlar danışdı:- Kəndimizdə Saleh adlı cavan oğlan 1941-ci illər müharibəsindən əsəbləri pozularaq qayıtmışdı. Gecə-gündüz küçələri sərgərdən dolaşırdı. Bir kimsəsi olmadığından ona sahib çıxan yox idi.  Qonşumuz Məryəm xala onun qolundan yapışıb Osman əfəndinin ziyarətinə apardı və Allah rizasına bu xəstəni müalicə etməsini xahiş etdi. Övliya onu bir həftə evində saxlayaraq müalicə etdikdən sonra Saleh ağlı başında bir oğlan oldu, ailə qurdu, övladları, nəvələri bu gün də kənddə  yaşayırlar.Mənim özüm də xəstələnəndə Osman əfəndiyə üz tutardım – deyə Baba dayı söhbətini davam etdirir: – Qurandan bir ayə yazıb mənə verdi ki, bir həftə su ilə iç. Gündə üç dəfə onu içəndən sonra xəstəliyim keçib getdi.Qohumlarımdan biri övladına toy edirdi. Onunla birlikdə Osman əfəndini kəbin kəsmək üçün atla qonşu kəndə aparmalı idik. O, çox qocaldığından atı evinin pilləkəninə yaxınlaşdırdıq ki, rahat minsin. Övliya eyvana çıxan kimi, at onun qocalığını və kəramətini hiss edib, dizi üstə çökdü ki, əfəndi rahat minsin. O isə, əlindəki əsa ilə üç dəfə ata yüngül toxunub, «Sübhanallah, Sübhanallah, Sübhanallah, qalx ay Allahın heyvanı, məndə minəsi hal var» – dedi. At qalxdı və övliya ona mindi. O qədər rəhmli adam idi ki, heyvana artıq əziyyət vermək istəmirdi.Siçanlar övliyanın əmrinə tabe olub, zəmini tərk etdilərOsman əfəndi doğulduğu Cınıx kəndinə qonaq gəlmişdi. Bir gün ağsaqqallar ona dedilər ki, kəndin taxıl zəmisinə bir neçə gündür ki, siçan sürüsü daraşıb, artıq zəmilərin çox hissəsini məhv ediblər, bizə bir kömək edə bilərsənmi? Övliya təəccübləndi ki, bəs neçə gündə bunu mənə niyə deməmisiniz? İki uşaq göndərir ki, gedin zəmidən bir siçan tutub gətirin. Uşaqlar tapşırığı yerinə yetirirlər. Övliya siçanı əlinə götürüb, Qurandan ayə oxuyaraq, onun üzünə üfürür və uşaqlara qaytararaq, haradan tutmuşdularsa, ora da buraxmağı tapşırır. Camaata üzünü tutaraq, üç günün tamamında filan saatda siçanların zəmiləri tərk edəcəklərini bildirir. Kim istəsə onlara toxunmamaq şərti ilə gedib kənardan baxa bilər. Təbii ki, övliyanın sözünə inanan da olur, ağız büzənlər də. Lakin, onun dediyi gündə və saatda siçanların sürü ilə zəmini tərk edərək, Samur çayını keçib Cınıx meşəsinə doğru getdiyini çox adamlar öz gözləri ilə gördülər.Övliyanın qız nəvəsi Əli Mustafayev bizə söhbət edir ki, orta məktəbdə oxuyanda riyaziyyatdan zəif idim. Müəllimin verdiyi ev tapşırıqlarını sinfimizdə Məhəmmədən başqa yazan olmurdu. Bütün uşlaqlar oturub Məhəmmədin dərsə gəlməyini gözləyirdilər ki, ev tapşırığını ondan köçürsünlər. Bir gün anama yalvardım ki, babama desin, elə etsin ki, mən riyaziyyatdan yaxşı bilim. Anam əlimdən yapışıb məni babamın yanına apardı. Otağa girəndə anamın uzun donunun ətəyinə büründüm ki, babam hirslənsə məni vura bilməsin. Babam gəlişimizin səbəbini biləndə dedi: “Dərsi oxumamış necə bilmək olar, getsin oxusun, bilsin da?!” Anam dedi: «Oxuyur ey, başına batmır». Babam əlini stolun üstündəki kitaba atanda ürəyim üstümə gəldi, anamın ətəyindən çıxıb, babamın yanında oturdum. Aradan 5-6 gün keçəndən sonra, dərsə gedəndə görürdüm ki, uşaqlar ev tapşırığını köçürmək üçün məni gözləyirlər…Oxuyan qəlb başqadırBabam qocalıb yataqda yatanda anam ona dedi ki, uşaqların birini öyrət, sənin yolunu davam etdirsinlər – deyə, həmsöhbətim sözünə davam edir – xəstə gələndə Quranla müalicə etsinlər. Babam dedi onların verdiyi ayə xəstəyə təsir etməz. Bu işi görməyə mənə Allahdan izn verilib.Müsahibim danışdıqca yadıma Həzrət Əli ilə bir kasıbın  arasında baş verən əhvalat düşdü:Günorta vaxtı, ağacın kölgəsində istirahət edən xəlifə Əli əleyhissəlamın yanına gələn həmyerlisi ondan dolanışıq üçün yardım istəyir. Həzrət Əli yerdən bir ovuc qum götürərək, Qurandan bir ayə oxuyub, quma üfürür. Ayədə olan hikmətin təsirindən  qum qızıla çevrilir və kəndlinin ovcuna töküb: «Get dolan» deyir. Həmin adam soruşur ki, «Ya Əli, sən Quranın filan ayəsini oxumadınmı?» İmam: «Bəli» deyəndə, kişi yerdəki qumla ovuclarını doldurub həmin ayəni oxuyur. Amma nə qədər cəhd etsə də qum qızıla çevrilmir. Kişi soruşur ki, «Ya Əli, həmin qumdur, həmin ayədir, niyə sən oxuyanda qızıla çevrilir, mən oxuyanda çevrilmir?» Həzrət Əli buradakı hikməti belə açıqlayır: «Ayə həmin ayə olsa da, oxuyan qəlb başqadır».Yuxarıda qeyd etdim ki, Osman əfəndi gənc yaşlarında öz qohumu və ustadı Qasey əfəndinin yanına gəlib. Qasey əfəndinin oğlu olmadığından, dünyasını dəyişərkən Osman əfəndiyə vəsiyyət edib ki, mənim evimdə oturub yolumu davam etdirərsən. Bir də vəsiyyət edib ki, bu evin quruluşunda heç bir dəyişiklik etməsin, necə var, elə də qalsın. Vəsiyyətə uyğun olaraq Osman əfəndi ustadının qızlarına müəyyən məbləğ ödəyərək evi satın alıb. Nə öz sağlığında, nə də bu günkü nəvələri evin quruluşuna əl vurmayıblar.Söz ardı: Yuxarıda müsahibəsini təqdim etdiyim Baba dayı söhbət əsnasında vaxtilə qonşu kənddə yaşamış  mərhum şair Cahangir Dalğının bir neçə şeirini dedi. Şeirlərdən birini moderator.az-ın oxucularına  təqdim edirəm:Bundan da yamana şükürYa görünməz! Çox hökmün var, yaratdın – cahana şükür!İnsanlığa qərar etdin – Adəmə, Həvvana şükür!On dörd dünya qərar tutdu nazil olan kitabda,Məhəmmədə pay göndərdin – otuz cüz Qurana şükür!Qabil öldürdü Habili, qan götürdü dünyanı,Həzrət Əli Düldül atın minib gəzdi hər yanı.Qəm dəryasında görüb sevdilər müsəlmanı,Hər gələn vasi tutduğu İsmayıl qurbana şükür!Dalğın deyər mən heyranam sən tutduğun divana,Həqiqətdən yaratmısan, hazıram imtahana.Layiq deyil coşqun təbim belə haqsız dövrana,Gərəkdir səbr eləyəm, bundan da yamana şükür!Paşa Yaqub – tədqiqatçı-yazıçı.Zaqatala – Bakı  Müəllifin arxivi: //www.moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler