Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Leletepede qurban kesildi – Fotolar

05 Eylül 2016

5:04 pm


05/09/2016 [21:02]: xeber –
Silahlı Qüvvələrdə “Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” devizi altında keçirilən silsilə tədbirlər aylığı davam edir.sayt Müdafiə Nazirliyinə istinadən bildirir ki, respublikamızın Muğan bölgəsinin bir qrup ağsaqqalı aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş zirvələrdə olub və igid Vətən oğulları ilə görüşüblər.Əvvəlcə Lələtəpədə el qəbristanlığı ziyarət edilib, 23 ildən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna “Yasin” oxunub. El ağsaqqalarını müşayiət edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani iştirakçısı olduğu aprel döyüşlərini xatırlayaraq diqqətə çatdırıb ki, həmin günlər əsgərlərimiz qələbə qazanmaq əzmi ilə döyüşlərə atılır və düşmən üzərinə od ələyirdilər. Mövqelərimizə silahlı basqın etmiş ermənilər ordumuzun əks-həmlə ilə hücuma keçdiyini görüb silah-sursat və döyüş texnikalarını ataraq qaçmağa məcbur olurdular. Həmin günlər düşmən gözləmədiyi halda Azərbaycan ordusunun qətiyyətli zərbəsinə tuş gəlmişdi. Cəbhənin Goranboy, Tərtər, Ağdərə istiqamətlərindən də qələbə müjdələri eşidilirdi. Bu, Azərbaycan dövlətinin və ordusunun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini bir daha təsdiq edən müqəddəs savaş idi. Aprel döyüşlərində əsgər və zabitimiz şəhidlik zirvəsinə ucalsa da, şəhidlərimizin intiqamı birə-on qat alındı. Döyüşdə qəhrəmanlıqla həlak olanların, eləcə də şəxsi rəşadət və şücaət nümunələri göstərən döyüşçülərimizin xidmətləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək onlara fəxri adlar verilib, döyüş orden və medalları ilə təltif olunublar. Bu gün də igid döyüşçülərimiz Vətən torpaqlarının keşiyində ayıq-sayıq durur, azad etdikləri mövqeləri möhkəmləndirir və Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar. Şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, müharibə qazilərinə daha böyük uğurlar arzulanıb. Lələtəpə uğrunda döyüşlərdə göstərdikləri şəxsi rəşadətə görə prezidentin sərancamına əsasən “İgidliyə görə” medalı ilə təltif olunmuş zabit Nemət Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Teymur Əliyev və Rövşən Rəhimov aprel döyüşlərini xatırlayaraq ordumuza başucalığı gətirən həmin şərəfli günləri yenidən yaşayıblar.  Qeyd edilib ki, Lələtəpə zirvəsində dalğalanan bayraq vaxtilə bu bölgədə gözlərinin nurunu itirmiş, iki dəfə paralimpiya çempionu İlham Zəkiyevin şərəfinə ilk Avropa Oyunlarında ucaldılan bayraqdır. Aprel döyüşlərindən bir neçə ay öncə igid döyüşçü xidmət etdiyi hərbi hissənin şəxsi heyəti ilə görüşmüş və bu bayrağın tezliklə işğaldan azad ediləcək əzəli torpaqlarımızda dalğalanmasını arzulamışdı. Görüş iştirakçıları “Rio-2016” Yay Paralimpiya Oyunlarında İlham Zəkiyevin yenə də uğur qazanacağına əminliklərini bildiriblər. İmişli rayonundan olan el ağsaqqalı Hacı Mail Hacıyev Lələtəpə fatehləri ilə bir səngərdə olmaqdan böyük qürur duyduğunu deyib. Onun Məhəmməd Füzulinin “Vətənimdir” qəzəlini böyük şövqlə söyləməsi əsgərlərdə xoş ovqat yaradıb. Hacı Mail islam dinində şəhidliyə xüsusi önəm verildiyini, şəhidlərin ölməzliyini vurğulayıb. O, fəxrlə bildirib ki, İmişlidən olan kapitan Nəcməddin Savalanov və baş leytenant Cavid Dədəkişiyev də aprel döyüşlərində öz şərəfli ölümləriylə əbədiyyətə qovuşmuş və gəncliyə nümunə olmuşlar. Sabirabad rayonundan olan Hacı Əliqardaş İbrahimov xalqımızın ali baş komandanına inandığını, Vətən əsgərinə güvəndiyini böyük inamla qeyd edərək, məhz aprel döyüşlərində bu inamın, bu güvəncin qələbə çaldığını vurğulayıb.  Hacı Əliqardaş çıxışını peyğəmbərimizin “Sərhəddə keşik çəkən gözləri cəhənnəm odu yandırmayacaqdır” kəlamları ilə bitirib. Saatlı rayonundakı altı ahısqa türkü kəndinin ağsaqqalı Əmir Hocanın çıxışı alqışlarla qarşılanıb. Oğlunun Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olduğunu fəxrlə deyərək tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, o, ahısqa türküdür. 1958-ci ildə ailələri Gürcüstandakı minillik dədə-baba yurdlarından Azərbaycana sürgün ediliblər. Onlar burada özlərinə ikinci Vətən tapıblar. Azərbaycanlılarla sevincləri də, kədərləri də bir olub. Onlarla ahısqa türkü Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik yubileyinin Müdafiə Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd olunduğunu deyən Əmir Hoca Azərbaycanda ahısqa türklərinin və bütün xalqların dostluq, qardaşlıq şəraitində yaşadıqlarını xatırladıb.Əmir Hocanın dediyi “Nə qədər ahısqa türküyəm, o qədər də azərbaycanlıyam. Nə qədər azərbaycanlıyam, bir o qədər də ahısqa türküyəm” sözləri əsgərlər tərəfindən alqışlanıb.Lələtəpə döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş polkovnik Şükür Həmidovun zirvəyə qalxması və görüş iştirakçılarına qoşulması həm qonaqlarda, həm də döyüşçülərdə böyük ruh yüksəkliyi yaradıb. Milli Qəhrəman el ağsaqqallarını salamlayıb və Qurban bayramı ərəfəsində onların bu zirvəyə qalxdıqlarını tədqirəlayiq hal kimi qiymətləndirib. Əmin olduğunu bildirib ki, el ağsaqqallarının xeyir-duası, məsləhət və tövsiyələri ilə öz xalqına, dövlətinə və ali baş komandanına sadiq olan Azərbaycan əsgəri bundan da böyük qələbələrə imza atacaqdır. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sabirabad, İmişli, Saatlı, Beyləqan və Xocavənd rayonları üzrə şöbəsinin müdiri Cavanşir Bəhramov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Kərbəlayi Ağakərim, Saatlı rayon Varxan kənd məscidi dini icmasının sədri və axundu Yadigar Aslanov, Sabirabad ağsaqqallarından Şamil Həsənov, Qulamhüseyn Məmmədov, İmişli rayon Aranlı kənd məscidi dini icmasının sədri Sərxan Kərimov çıxış edib və döyüşçüləri maraqlandıran sualları ətraflı cavablandırıblar.Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Elçin Kərimov bayram ərəfəsində əsgərlərə baş çəkdikləri, onlara dəyərli ağsaqqal öyüd-nəsihətləri verdikləri üçün el ağsaqqallarına komandanlığın təşəkkür və minnətdarlığını bildirib. Əməkdar jurnalist Rəşid Faxralının “Lələtəpə” kitabı görüş iştirakçılarına hədiyyə edilib. El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar. El ağsaqqalları tankçılarla görüşüb, hərbi hissənin qərargahı önündə toplanmış əsgər və zabitlərin qarşısında çıxış edib, aprel döyüşlərinə həsr olunmuş video-çarxları birlikdə izləyiblər.Gəncə Qarnizonu Zabitlər Evinin səyyar laboratoriyasında təcili çap olunan fotolar qonaqlar üçün ən əziz xatirə hədiyyəsi olub.Muğanın el ağsaqqalları gecədən xeyli keçmiş cəbhə bölgəsindən xoş təəssüratlarla geri dönüblər. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler