Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Leğv edilen xidmetin işçilerinin taleyi nece olacaq?

29 Haziran 2016

11:20 am


29/06/2016 [15:17]: xeber –
“Ləğv olunmuş Dövlət Sosial Təminat Xidmətinin işçilərinin məşğulluq orqanlarında yerləşdirilməsi nəzərdə tutulur”.sayt APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlaması zamanı bildirib.“Dövlət Sosial Təminat Xidmətindən çıxacaq işçi qüvvəsinin böyük əksəriyyəti məşğulluq orqanlarında işlərini davam etdirəcəklər. Çünki həmin sərəncamla məşğulluq orqanlarında çalışanların sayı iki dəfədən çox artırılır. Bu gün əsas fəaliyyət sahəsi kimi məşğulluq, əhalinin işlə təmin olunması, yeni iş yerlərinin açılması, vakansiyaların uçotunun aparılması və sair məsələlər durur. Biz artıq üstünlüyü və ağırlıq mərkəzini sosial ödənişlərdən, passiv sosial tədbirlərdən aktiv məşğulluq tədbirlərinə keçiririk.Məşğulluq orqanlarında çalışanların sayı kifayət qədər artırılaraq hər bir rayon, şəhər üçün, hər 11 min nəfərə 1 məşğulluq orqanı işçisi normativi ilə həyata keçiriləcək”, – deyə nazir vurğulayıb.Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 24-də imzaladığı müvafiq fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler