Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Leçeyine göz yaşı da iz salar – Benövşeye möhteşem ithaf…

02 Kasım 2016

4:24 am


02/11/2016 [08:23]: xeber –
sayt şair-publlisist-jurnalist Heydər Oğuzun yenicə qələmə aldığı “Bənövşə” şeirini oxuculara təqdim edir:Xoş qoxulu yaqutusan çəməninDoymaq olmur o nazənin ətrinə.İncimisən sözümdənmi sən mənim,“Yaqut” – deyib, yoxsa dəydim xətrinə?Sən əlbəttə, yaqutdan da gözəlsən,Varmı onda heç bənövşə qoxusu?Çöl-çəməni öz ətrinlə bəzəsən,Yüz ürəyin ərşə çıxar yuxusu.“Ürək” dedim, ey sevimli çiçəyim,Ləçəklərin gəldi yenə ağlıma.O ürəyə bənzəyən hər ləçəyinXətrinə sil, göz yaşını, ağlama.Bülbülü var, əlbəttə ki, hər gülünBir gül bitib hər bir dilin ucundaQəlbə bənzər sənin isə hər “telin”Tutmusan, gör, neçə ürək ovcunda?Nurlu üzün o qədər ki zərifdir,Ləçəyinə göz yaşı da iz salar.Sil gözünü, o ürəklər heyifdir,Hər göz yaşı bir ürəyə köz salar.Sil, bənövşə, sil gözünün yaşınıBu firuzə gözlərə nəm yaraşmaz.Tutma belə aşağıda başını,Heç bir gülə bu qüssə, qəm yaraşmaz.Yalnız dərdli gəzər başı aşağıÜzülürsən təkliyəmi görə sən?Düşünürsən, bir çox güllər yaz çağıNiyə çıxar səndən sonra görəsən?Axı həyat bir yarışdır, hər baharGüllər başlar bir-birylə yarışa.Şəhla gözlüm, söylə kimin həddi varÖnə çıxa, sənin ilə yarışa?Bu gözəllik yarışında, bənövşə,Sən baharın ən qoxulu qızısan,Görüb səni, güllər düşər təşvişə,Yarışların ən qorxulu qızısan.O incəcik ləcəyinə yel dəyər,Kölgəlikdə boyun burma, bənövşə!Sil gözünü, yanağına sel dəyərBoynu bükük belə durma, bənövşə!


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler