Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Lavrovun regiona növbeti seferi o demekdir ki…”

02 Temmuz 2016

5:16 am


02/07/2016 [09:14]: xeber –
Azərbaycan Qarabağ məsələsinin bundan sonra arxa plana keçməsinə imkan verməyəcək və məsələ ilə bağlı müəyyən variantlar üzərində iş gedir. Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Politoloq Sankt-Peterburq görüşündən sonra Qarabağ prosesində müəyyən canlanmanın olduğunu qeyd edib: “Qərb və Rusiya rəsmilərinin regiona son səfərləri bunu sübut edir. Xüsusilə  Ştanymayerin İrəvana səfəri, separatçı rejimin rəhbərləri ilə görüşü bir növ Ermənistanı prosesə hazırlamaq, daha doğrusu, sakitləşdirmək xarakteri daşıyır. Eyni zamanda, görünür, həmsədrlər status-kovonun dəyişilməsinin və bu istiqamətdə danışıqların vacibliyinin fərqindədirlər. Lavrovun regiona növbəti səfəri o deməkdir ki, masada hansısa təklifləri olacaq. Bu təkliflər müəyyən mənada bəllidir və özündə Madrid prinsipləri və Kazan formulunu ehtiva edir. Yəni əvvəl 5, sonra iki rayon azad olunur, ikinci mərhələdə Laçın dəhlizi məsələsi yer alır, ən sonda isə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilə bilər. Növbəti görüşlərdə prosesə aydınlıq gələcək. Çox güman ki, qarşıda Qarabağ danışıqları ilə bağlı nəticələrin konturlarını artıq müşahidə edəcəyik”. Qeyd edək ki, Azərbaycan və Ermənistan Prezidenti prezidentlərinin avqustda Parisdə, daha sonra isə ABŞ-da görüşəcəyi bildirilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler