Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Lahıcda qorxunc heşeratlar yayılıb -Foto

05 Ekim 2016

10:48 am


05/10/2016 [14:47]: xeber –
İsmayıllı rayonu, Lahıc qəsəbəsini mənşəyi bilinməyən həşəratlar peyda olub.sayt xəbər verir ki, bu barədə qəsəbə sakinləri “Qafqazinfo”ya məlumat veriblər.Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir:“Adını da bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər həşaratların çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm.Aidiyyəti orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdicə, daha da qəlizləşir”.Qəsəbə sakinləri onu da qeyd edib ki, həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, bir nəticəsi olmayıb.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) mətbuat katibi Rövşən Ziya bildirib ki, DFNX Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler