Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Labirintden çıxış” adlı seminarını keçirildi… -Foto

20 Temmuz 2016

8:28 am


20/07/2016 [12:26]: xeber –
“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi  layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda  19 iyul 2016-ci il tarixdə növbəti üçüncü seminarını keçirmişdir. Seminarda 32 nəfər iştirak etmişdir. Seminarda, “Biznesini qur-Lider ol”, “Biznes necə yaranır”, “Biznesdə əsas məqsəd”, “Biznes qurulmasına ilkin addımlar”, “Biznes planının hazırlanması”, “Marketinq planı” mövzuları  müzakirə edilmişdir.  Layihə çərçivəsində altı seminarın keçirilməsi nəzərdə tutulub. Tədbirdə mövzu üzrə ekspert Nəzakət Balabəyova çıxış etmişdir. Tədbir “Təmiz Dünya” Qadınalara Yardım İctimai Briliyinin ofisində keçirilmişdir. Tədbirin təşkilatçıları qadınların insan alveri qurbanı olmaması və məişət zorakılığı qurbanı olmaması üçün iqtisadi cəhətdən azad olmalarının zəruriliyini xüsusi vurğulayaraq hər bir qadının kiçik sahibkarlıq fəaliyyəti qura biləcəyinin mümkünlüyündən danışaraq , bunun üçün lazım olan məlumatları  növbəti seminarlarda da tədbir iştirakçılarının diqqətinə çatdıracaqlarını bildirdilər.  İştirakçılara layihə çərçivəsində hazırlanmış “Labirintdən çıxış…. İnsan alverinin qarşısını birgə alaq” mövzusunda bukletlər paylanmışdır. Layihə çərçivəsində nəzərdə tutulan  iki sosial çarxlardan  biri artıq “Labirintdən çıxış – uşaq istismarı insan alveridir” artıq hazırlanmış və youtubda yerləşdirilərək  sosial şəbəkələrdə yayımlanmışdır. Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi daşıyır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler