Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

KXCP sedri Azerbaycan xalqını tebrik etdi

15 Temmuz 2016

2:36 pm


15/07/2016 [18:34]: xeber –
Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 27-ci ildönümü  münasibəti ilə KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan xalqını təbrik edib:Təbrikdə deyilir:“Hörmətli həmvətənlər !Xanımlar və bəylər!Azərbaycan Xalqının müstəqillik arzusunun  təcəssümü – AXC-nin yaranmasınin  27-ci ildönümü münasibəti ilə hər birinizi təbrik edirəm!Milli Azadlıq Hərəkatının nəticəsi olaraq yaranan Azərbaycan Xalq Cəbhəsi –  Millətini,  Dövlətini və Bayrağını  sevənlərin ilk ümummilli  təşkilatı olmuşdur.  Hər birimizin qürur mənbəyi olan AXC-  Azərbaycanın azadlığı, bütövlüyü, mənəviyyatı uğrunda mübarizədə ilk və yeganə siyasi təşkilat idi.Əbülfəz  Elçibəyin  liderliyi ilə – millətin əsrlərlə arzuladığı  rus – faşist işğalına son verilməsində müstəsna xidməti olan və hamını bir bayraq altında birləşdirən, Azərbaycanı dünyaya tanıdan Milli Azadlıq Hərəkatının  bu ilk təşkilatının yolunda bu gün də yürüyən hər kəsi və xüsusilə  AXC qurucularının yaşayan üzvlərinin hər birisini  yüksək hörmət, ehtiramla yad edir və təbrik edirəm!  Bu yolda  on minlərlə şəhid verən xalqımız, nəhayətdə  müstəqilliyini bərpa etmişdir.  Şəhidlik zirvəsinə yüksəlmiş və dünyasını dəyişmiş bütün insanlara Allahdan rəhmət diləyirəm . Şəhidlərimizin ruhları şad olsun!  Amin!Son 30 ilin aparııcı və birləşdirici təşkilatı olan AXC-nin yarananmasının 27-ci ildönümü münasibəti ilə bir daha Azərbaycan xalqını,  Milli Azadlıq fədailərini və  hərəkatçıları, təbrik edirəm!Bütöv Azərbaycan – Millətləşmə, Dövlətləşmə, Bütövləşmə  uğrunda  mübarizə aparanların  birliyi, vəhdəti var olsun.  ALLAH –  bu yolda Azərbaycan xalqına yar və yardımçı olsun! AMİN”!




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler