Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

KXCP reqemsal yayım sistemine keçidle bağlı yaradılmış süni problemlere etiraz edir

07 Kasım 2016

1:08 pm


07/11/2016 [17:04]: xeber –
Klassik Xalq Cəbhəsi Partiyasının Mətbuat xidmətindən sayta verilən məlumata görə,  07 noyabr   2016-cı ildə  Klassik Xalq Cəbhəsi Partiyasının  İdarə Heyətinin  yığıncağı keçirilib. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunub,  müvafiq qərarlar qəbul edilib. İdarə Heyətinin yığıncağında 11 noyabr 2016-cı il saat 17:30-da Bakı, Sumqayıt  və ərazisi işğal olunmuş rayon-şəhər  şöbə sədrlərinin müşavirəsinin keçirilməsi qərara alınıb.Yığıncaqda Milli Dirçəliş gününün   28-ci ildönümü ilə bağlı  17 noyabr 2016-cı il,  saat 13:00-da  Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyi ziyarət, daha  sonra Partiyanın Mənzil Qərargahında tədbir keçirilməsi haqda qərar qəbul edilib.İdarə Heyətinin  toplantısında hər dəfə   yağışlardan sonra  Binəqədi rayonu – Kənd Binəqədi deyilən ərazidə magistral yolda yaranmış acınacaqlı vəziyyəti aradan qaldırılmasına cavabdeh qurumların heç bir iş görməməsi  vurğulanıb. KXCP cavabdeh qurumlardan  yaranmış acınacaqlı vəziyyəti  aradan qaldırılması ilə bağlı təcili  tədbirlər  görməsini tələb edib. İdarə Heyətinin yığıncağında  əhaliyə verilən qazın təzyiqinin  aşağı olması və  tez – tez kəsilməsi, qazın  tərkibinin müvafiq normalara uyğun olmadığına görə istiliyin zəif olması vurğulanıb. KXCP Azərbaycan hakimiyyətindən soyuq payız günlərində əhalimizi soyuqla imtahana çəkməməyə çağırıb. Müvafiq qurumlardan ölkə əhalisini  normal  qazla təmin etməsini tələb edib.Yığıncaqda  Azərbaycan teleməkanının analoq yayım sisteminin ləğv edilərək, rəqəmsal  yayım sisteminə keçidlə bağlı yarıtmaz idarəçilik, pis təşkilatçılıq və tamahkarlıq məqsədiylə yaradılmış süni maneələri  müzakirə edilib və pislənib. KXCP hakimiyyət orqanlarından məqsədyönlü şəkildə yaratdıqları problemlərə son qoymağı tələb edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler