Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

KXCP “Moderator.az” Saytına teşekkür etdi…

04 Temmuz 2016

1:04 pm


04/07/2016 [17:00]: xeber –
Klassik Xalq Cəbhəsi Partiyasının 04 iyul 2016-cı ildə İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.İdarə heyətinin yığıncağında, AXC-nin yaranmasının 27-ci il dönümü ilə bağlı qərarlar qəbul edilmişdir. 16 iyul saat 12:00-da Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin ziyarəti və partiyanın mənzil qərargahında tədbir keçirilməsi qərara alınmışdır.Klassik Xalq Cəbhəsi Partiyası Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını və bütün İslam dünyasını təbrik etdi. Təbrikdə deyilir :“Klassik Xalq Cəbhəsi Partiyası İslam Dünyasının ən müqəddəs bayramı, on bir ayın Sultanı – Ramazan Bayramı münasibəti ilə bütün Türk və İslam dünyasını təbrik edir.Bu Ramazan Bayramı bütün İslam dünyası üçün xeyirli – uğurlu olsun .ALLAH İslam dünyasının birlik və bərabərliyini bərqərar etsin. Ulu Tanrı bütün tutulan orucları, duaları və namazları qəbul etsin! AMİN!”İdarə Heyətinin qərarı ilə – “sayt” saytının kollektivinə təşəkkür edildi. Təşəkkürdə deyilir:“2016-cı ilin iyun ayını Elçibəy ayı elan etdiklərinə və uğurla başa çatdırdıqlarına görə Klassik Xalq Cəbhəsi Partiyası adından “sayt.” Saytının rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edirik”.Mətbuat xidməti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler