Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

KXCP konstitusiya deyişikliklerinden narahatdır

25 Temmuz 2016

2:48 pm


25/07/2016 [18:44]: xeber –
Klassik
Xalq Cəbhəsi Partiyasının referendumla bağlı bəyanat yayıb. sayt-a
daxil olan bəyanatda deyilir:

“KXCP
hakimiyyət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik
edilməsi ilə bağlı təkliflərindən narahatlığını bildirir. 1995-
ci ildə qəbul edimiş AR Konstitutsiyanın bəzi maddələri ilə “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının prinspləri
pozulmuş, ölkəmizin dövlət qurluşu ilə bağlı ziddiyyətlər və Qarabağ
probleminin dərinləşməsi istiqamətində çox ciddi problemlər yaradılmışdır. Buna
baxmayaraq 2002 və 2009-cu illərdə keçirilən referendiumlar bu ziddiyyətləri
aradan qaldırmaq, dövlətimizin varislik prinsipini bərpa etmək əvəzinə,
hakimiyyətin ailə daxilində ötürülməsi kimi məsələlərin həllinə yönəldilmişdir.
İndi isə iqtidar ailə hakimiyyətinin uzun müddətliliyini təmin etmək üçün artıq
üçüncü dəfə referendum keçirmək niyətindədir. KXCP beləı referendiumların
keçirilməsinə qəti etirazını bildirir. KXCP bir daha xatırladır ki, Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına əsasən yalnız
və yalnız Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini təmin etmək, yəni
Azərbaycan Respublikasının parlamentli respublikaya çevrilməsi məqsədi ilə
referendum keçirilməlidir”.

 

Seymur
Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler