Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

KXCP Bakının düşmenlerden azad edilmesi münasibeti ile Azerbaycan xalqını tebrik edir

14 Eylül 2016

2:12 pm


14/09/2016 [18:11]: xeber –
Klassik Xalq Cəbhəsi Partiyasının 15 Sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının düşmənlərdən azad edilməsinin 98-ci ildönümü münasibəti ilə Azərbaycan xalqınaT Ə B R İ K İƏziz vətəndaşlar !Osmanlı dövlətinin Hərbi naziri və müvəqqəti Ali Baş Komandanı Ənvər Paşanın şəxsi təşəbbüsü ilə yaradılan Qafqaz İslam Ordusu, Nuru Paşanın və Mürsəl Paşanın – (Mürsəl Bakı) komandanlığı altında 1918-ci il, sentyabrın 15-də Bakını düşmən qüvvələrindən azad etdi.“Bakısız Azərbaycan – başsız bədəndir” – deyən Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin müdrik deyimini rəhbər tutan Qafqaz İslam Ordusunun əsgərləri – Azərbaycan uğrunda döyüşlərdə qəhrəmanlıqları və şəhadətləri ilə Türklüyə yeni bir siyasi vücud bəxş etdilər. Bakının azad olunması Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğunun təminatı idi. 15 sentyabr 1918-ci ildə düşmənlərdən azad edilən Bakı – Azərbaycanın paytaxtına çevrildi.erməni – bolşevik işğalçılarından azad olunan Quzey Azərbaycanın hər bölgəsində müqəddəs Türk şəhidliyi və Türk qəbirləri var. Bu qəhrəmanlar və şəhidlər torpağımızı Vətən, Vətənimizi dövlət etdilər.Əziz yurddaşlarımız!15 sentyabr – Bakının düşmənlərdən azad olunmasının 98-ci ildönümü münasibəti ilə Millətini, Dövlətini sevən hər kəsi təbrik edirik!Bakını azad edərək, Dövlətimizin paytaxtına çevirən şəhidlərimizi hörmətlə yad edir, onların müqəddəs ruhlarına dua edirik!Azərbaycan insanının qəlbində olan Ənvər Paşa, Nuru Paşa və Mürsəl Paşanın heykəlləri gün gələcək Bakıda layiq olduğu yerdə ucalacaq. Bu – Azərbaycan Türkünün şərəfli vəzifəsidir. Bu şərəfi ALLAH nəsib etsin!İnanırıq ki, 15 sentyabr Bakının azad olunması Dövlət Bayramı kimi qeyd ediləcək.Bayramınız mübarək!14 sentyabr 2016-cı il. Bakı şəhəri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler