Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kütlevi aksiyalar zamanı emekdaşlıq mümkündür”

04 Ağustos 2016

2:20 pm


04/08/2016 [18:16]: xeber –
Müsavat Partiyası konstitusiyaya dəyişiklik aktına qarşı olan Respublika qrupu yaradıb.Maraqlıdır, Müsavat Partiyasnın yaratdığı bu qrupda digər partiya və qurumların da iştirak etməsində maraqlıdırmı? Partiya başqanının müavini Yadigar Sadıqov sayt -a açıqlamasında bildirdi ki, onlar digər partiya və qurumlara təklif göndəriblər:“Respublika qrupunda hələ ki, Müsavat Partiyası və D-18 hərəkatı təmsil olunur. NIDA hərəkatı dəstək verəcəyini bildirib, lakin rəsmən təmsil olunub olunmayacağı aydın deyil. Biz AXCP, REAL, NIDA və D-18-ə birgə taktikanı müzakirə etməyi  təklif etmişdik. AXCP-nın daxil olduğu Milli Şura təşəbbüs qrupu yaratmadı, REAL isə təklikdə yaratdı. Respublika qrupu artıq təsis edilib, təsisçilər sənədlərdə əks olunub. Bununla belə, sonrakı kampaniyalarda istənilən şəxs qrupa dəstək verə bilər. Təbii ki, biz daha çox vətəndaşımızın dəyişikliklərə aktiv şəkildə “yox”deməsini arzulayırıq. Təşəbbüs qrupunu yaratmayan və ya ayrıca yaradan təşkilatlarla da məsələn kütləvi aksiyalar zamanı əməkdaşlıq mümkündür. Lakin aydındır ki, bunun üçün təkcə bizim deyil, qarşı tərəfin də istəyi olmalıdır”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler