Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kurtlar Vadisi Pusu”da “Ərdoğan” mezarı – Qalmaqal

12 Ekim 2016

6:28 am


12/10/2016 [10:27]: xeber –
“Kurtlar Vadisi Pusu” serialında bir neçə il əvvəl nümayiş olunan qalmaqallı görüntü yenidən ciddi müzakirələrə yol açıb.159-cu seriyadakı kadrların birində üzərində “Ərdoğan” yazılmış baş daşı gözə dəyir. ”Bəyaz Tv”də efirə gedən “Söyləməzsəm olmaz” verlişi bu baş daşı üzərində yazılmış “Ərdoğan” sözünün əslində uydurma olduğunu sübut edib. Jurnalist qəbirstanlığa gedərək, həmin məzarla bağlı araşdırma aparıb. Məlum olub ki, hər şey kadrlarda göründüyü kimi deyil. “Pana Film” nədənsə həmin baş daşının üzərində bilərəkdən “Ərdoğan” sözünü yazıb.Bu səhnədəki subliminal mesajla prezident Rəcəb Tayyib Ərdoğanın hədəfə alındığını iddia edən aparıcılar, dövlət başçısını həqiqətləri görməyə çağırıb.Qeyd edək ki, “Pana Film” 4 ay əvvəl baş verən daha bir qalmaqalla gündəmə gəlmişdi. Məlum olub ki, şirkət hələ hərbi çevriliş olmazdan əvvəl “Kurtlar Vadisi Darbe” adlı filmi qeydiyyatdan keçirib. 15 iyul hadisələrindən sonra bu adın qeydiyyatı dərhal ləğv edilsə də, “Pana Film” “hərbi çevrilişə cəhdin baş verəcəyini əvvəlcədən bilirdimi?” sualını gündəmə gətirib.(ATV.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler