Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kurıkan Türklerine mexsus silah karxanaları tapılıb – VI esre aid

05 Ağustos 2016

10:48 am


05/08/2016 [14:47]: xeber –

sayt xəbər
verir ki, Sibirdə, Baykal Gölünün sahilində, turistlərin sahilə çıxmaq üçün
istifadə etdiyi bir yolun üstündə Kurıkan Türklərinə aid olduğu ehtimal edilən bir
tarixi məkan aşkarlanıb. Yerdəki şlak və gil təbəqələrini analiz edən
arxeoloqlar burada metal istehsal edən xüsusi karxanaların olduğunu müəyyən
ediblər. Geofiziklərin apardığı tədqiqatlar da yer altında tikililərin olduğunu
təsdiqləyib.

Ərazidə  həmçinin, içində bıçaq, ox ucu, sadak (ox
örtüyü) qarmağı kimi silahlarla yanaşı, kəmər dəsti, üzəngi, oraq və kəmər
toqqası hissələrinin tikintisi üçün lazım olan cövhərin əridildiyi daşdan düzəldilmiş
iki ocaq da tapılıb.

Ərazidə iş
aparan professor Artur Kharinsky deyib ki, turistlərin istirahət yeri olan bu ərazidə
metallurgiyaya aid qalıqları yox olmaqdan xilas etdik: “Sonra burada eramızın
1000-ci ilinə aid olan inkişaf etmiş metallurgiya texnologiyasına dair dəlillər
tapdıq. Radiokarbon analizlərindən sonra tapıntıların yaşını daha dəqiq deyə
biləcəyik”.

Professor
daha sonra bildirib ki, ocaqlardan əlavə şlaklar, cövhər parçaları və gil qapağın
qalıqlarını tapıblar və bunlar da bir metallurgiya sexinin varlığını sübut edən
tapıntılardır. Tapılan metal ocaqları isə usta dəmirçilər kimi tanınan Kurıkan
xalqına aid ola bilər.

Karxana
Baykal gölündən 100 metr məsafədə bir təpənin üzərində yerləşir. Bu ərazi
karxanalarda yanma prosesi üçün ideal küləyi təmin etdiyinə görə seçilmiş ola
bilər. Bu karxanalar  metallurgiyanın
inkişafının daha qədim zamanlardan mövcud olduğunu təsdiq edir.

Professor
Kharinsky onu da qeyd edib ki, bu regionda metallurgiya ənənələri çox qədim
dövrlərə söykənir: “İlk axtarışlar 1998-ci ildə aparılıb. Daha sonrakı illərdə
aparılan axtarışlarda eramızdan əvvəl I minilliyin sonunda və eramızın I
minilliyin əvvəlində Baykal gölünün Asiyadakı ən böyük metallurgiya sahələrindən
olduğu müəyyən edilib. Burada da metallurgiyaya aid qıf formalı çuxurlara bənzəyən
yeraltı ocaqları tapdıq. Bunları gilin içini oyaraq düzəldiblər. Bu tapıntılar
xüsusilə Kurma və Shara-Tagot kəndləri yaxınlığında aşkarlanıb. Bu karxanalarda
istehsal ediləcək dəmir miqdarını hesablayanda, bu insanların öz regionunun
ehtiyaclarını ödəyəcək miqdardan əlavə, qonşu regionlara ixrac edəcək qədər məhsul
istehsal etdiyini düşünürük”.

Baykal
gölünün sahilində aparılan bu yeni tapıntılar metallurgiya texnologiyasının
1000 ildən əvvəl də mövcudluğunu sübut edir. Kharinsky onu da vurğulayıb ki,
insanların köç etmələrinə baxmayaraq, burada yaşayan insanlar bu metallurgiya
texnologiyalarını qorumağı, nəsildən-nəsilə ötürməyi və inkişaf etdirməyi
bacarıblar. 

Qeyd edək ki,
Kurıkanlar 6-ci əsrdə Sibirdəki Baykal Gölü ətrafında yaşayan bir qəbilədir.
Türk dilində danışıblar və ilk olaraq Monqolustandan, Yenisey çayının ətrafından
oraya köç etdikləri güman edilir. Sonradan Baykal gölünün ətrafında yaşayan
monqollarla qarışıblar.

 

Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler