Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kürdemire Qebeleden çox turist gelib

27 Temmuz 2016

10:16 am


27/07/2016 [14:15]: xeber –
Azərbaycanda müalicə turizmi daha çox inkişaf edib.2015-ci ildən Azərbaycana gələn turistlərin sayı azalıb. sayt -ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatını şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, ölkəmizin turizm sektoruna çox nəhəng sərmayələr yatırılıb.“Xüsusilə, 2007-2013-cü illərdə Qusar, Qəbələ, Quba, Xaçmaz və Şəki rayonlarında, həmçinin Bakıda dəbdəbəli turizm infrastrukturu qurulub. Bunun müqabilində ölkəyə gələn xarici turistlərin sayı nəinki artmayıb, əksinə azalıb. 2011-2013-cü illərlə müqayisə etsək, 2015-ci ildə orta hesabla 15-20% azalma var”.R.Ağayevin sözlərinə görə, regonlardakı mehmanxanalarda qalmaq istəyən əcnəbi turistlərin sayı azalıb: “Məsələn, 2010-cu ildə həmin  mehmanxanalarda əcnəbilər 170 min sutka üçün yer sifariş verdiyi halda, 2015-ci ildə bu rəqəm 130 minə enib. Ümumiyyətlə, əgər 2010-cu ildə ölkə üzrə mehmanxalarda qalan turistlərin gecələmə sayında regionların payı 41%  idisə, 2015-ci ildə həmin göstərici 37%-ə enib”.Ekspertin fikrincə, regionların turizm statistikasının azalmasında “gizli iqtisadiyyat”ın izi istisna edilməməlidir. “Əgər belədirsə, deməli turizmə qoyulan milyardların ölkə iqtisadiyyatına faydası yoxdur. Bu rəqəmlər gerçəyə yaxındırsa, onda yenə də turzimin bir sektor kimi ölkə iqtisadiyyatına faydasını gözləməyin mənası yoxdur”.  R.Ağayev qərb regionlarında istirahət edən turistlərin sırasında əcnəbilərin olmadığını qeyd edib. Əvəzində Kürdəmirdə turizm obyektlərinin gəlirlərinin dəfələrələ çox olduğunu vurğulayıb:“2010-cu ildə Qəbələdə belə məkanlarda qalanların sayı 24,3 min nəfər olmuşdusa, 2015-ci ildə 5,9 min nəfərə enib. Ən təəccüblüsü odur ki, 2015-ci ildə Qəbələdə mehmanxaları seçən turistlərin içərisində 1 nəfər də olsun əcnəbi olmayıb.Nəticə isə belədir: Qəbələ kimi turizm rayonunda 2015-ci ildə mehmanxanaların ümumi gəliri 383 min manat olub. Turizm məkanı hesab edilməyən Kürdəmir rayonunda həmin müəssisələrin gəliri 1,3 milyon manata çatıb. Bu da hökumətin ölkə turziminin qəlbi saydığı Qəbələdən az qala 4 dəfə çoxdur”.R.Ağayev Azərbaycanda müalicə turizminin digər sahələri geridə qoyduğunu bildirib:“Bu gün ölkənin regionlarındakı gecələmə hesabı ilə götürəndə mehmanxanaların mümkün potensialıının təxminən 5-6%-i istifadə edilir. Həmin göstərici yalnız Naftalanda 45%-ə yaxındır. Bu isə həmin ərazidə olan insanlar üçün spesifik, başqa yerdə əldə edə bilmədikləri müalicə imkanının olması ilə bağlıdır. Bu fakt həm də onu göstərir ki, Azərbaycanda istirahət və əyləncə turziminin potensialı müalicə turizminin potensialından çox-çox aşağıdır”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler