Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kürdemirde “KamAZ” “MAN”-la toqquşub, ölen var

12 Ağustos 2016

4:16 am


12/08/2016 [08:14]: xeber –
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə  04.30 radələrində Bakı-Qazax əsas magistral yolunun 204-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib. Hacıqabul rayon sakini 46 yaşlı Zaur Maşallah oğlu  Xankişiyevin yol kənarında saxladığı “MAN” markalı maşına, Tovuz rayon sakini 63 yaşlı Sabir Əsəd oğlu Paşayevin idarə etdiyi “KamAZ” markalı yük maşını çırpılıb. Nəticədə “KamAZ” markalı maşının sürücüsünün sıxılmış meyitini hadisə yerinə cəlb olunan  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Baş Dövlət Yol Polisini Təhqiqat və İstintaq Şöbəsində araşdırma aparılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler