Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kürdemir sakini avtomobilinde yanıb, veziyyeti ağırdır

03 Temmuz 2016

2:20 pm


03/07/2016 [18:16]: xeber –
Kürdəmir sakini idarə etdiyi avtomobildə yanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Kürdəmir -İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində baş verib. Kürdəmir rayon sakini 1964-cü il təvəllüdlü Əli Həsən oğlu Qaraşov idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə İmişli rayon istiqamətində hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsində güclü yanğın baş verib. Qısa müddətdə yanğın bütün maşını əhatə edib. Nəticədə, ağır yanıq xəsarəti alan sürücü ilə bərabər maşın və yol kənarında 3 kvadratmetr otluq ərazi yanıb. Sürücü, Ə. Qafarov təcili olaraq yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb. Fakt araşdırılır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler