Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Küçe itleri lüks avtomobili yararsız veziyyete saldı – VİDEO…

12 Ekim 2016

5:44 am


12/10/2016 [09:40]: xeber –
sayt xəbər verir ki, Türkiyənin Sakarya şəhərində avtomobil təmiri ilə məşğul olan bir vətəndaşın minik maşınını gecə küçə itləri yararsız vəziyyətə salıb. Maşın ustası Cem Acar səhər iş yerinə gələndə yeni aldığı avtomobilinin ön hissəsini parçalanmış halda görüb. Hadisənin oğurluq olduğunu güman edərək əvvəlcə polisə xəbər verib. Ancaq polislər təhlükəsizlik kameralarının görüntülərinə baxanda həqiqət ortaya çıxıb. Görüntülərdə sürü halında gəzən küçə itlərinin bir pişiyin arxasına düşdüyü və pişiyi maşının motorundan çıxartmaq üçün avtomobilin buferini sökdüyü görülür. Maşının sahibi hadisə nəticəsində ona 5 min türk lirası zərər dəydiyini söyləyib: “Polislər məndən şikayətçi olub – olmadığımı soruşdu. Şikayətçi olsam nə olacaq ki?! İtləri polisə şikayət edəcəm?!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler