Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kriminal müharibenin qurbanı, Ərdoğandan kahin söhbeti… – GÜNÜN SİYASİ XÜLASƏSİ

18 Ağustos 2016

7:52 pm


18/08/2016 [23:49]: xeber –
Heç şübhəsiz ki, bu gün medianın gündəmi məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Rövşən Canıyev) İstanbulda güllələnməsi oldu. Gün boyu onun vəziyyəti, hadisənin təfərrüatları barədə müxtəlif məlumatlar yayıldı. Bir müddət səngiyən PKK terror yenidən Türkiyənin gündəminə qayıdır. Vaşinqton-Ankara xəttində münasibətlər pisləşir. Digər tərəfdən isə Ankara-Moskva xəttində yaxınlaşmanın olduğunu göstərən bəyanatlar verilir. Bunun bir blef, yaxud da reallıq olduğu yaxın vaxtlarda məlum olacaq. Rövşən Lənkəranski öldürüldü Ötən gecə Rövşən Lənkəranski İstanbulda güllələndi. Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.  Killerlərin gülləbaran etdiyi “Range Rover”də Rövşən Canıyevlə birlikdə üç nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. Lakin “Range Rover”in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə xəstəxanaya çatdırılıb. Polisdəki mənbələrin bildirdiyinə görə, Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb. Hadisə yerində aparılan araşdırmada səsboğucu ilə təchiz edilmiş 1 ədəd “Uzi” tapança-pulemyot, 1 ədəd “Glock” markalı tapança, çoxlu sayda boş giliz tapılıb. Bu silahların “Range Rover”dəki şəxslərə aid olduğu bildirilir.  Gün ərzində onun taleyi ilə bağlı ziddiyyətli məlumatlar yayıldı. Nəhayət günortadan sonra Azərbaycanın İstanbuldakı konsulluğu kriminal avtoritetin həyatını itirdiyini açıqlayıb. İlkin məlumatlara görə, killerlər Rusiyadan gəlib və Rusiya Xüsusi Xidmət orqanları ilə əlaqəli olduqları da istisna olunmur. Rövşən Lənkəranskini kim öldürtdü? – İDDİA                “Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub”. Bu barədə “Rosbalt” agentliyinə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib. Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkəranski fəallaşmağa başlayıblar. Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar “qanuni oğru” tituluna qoyduğu qadağını ləğv ediblər. Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub. Qeyd edək ki, bir müddət əvvəl İrəvanda keçirilən “qanuni oğrular”ın “sxodka”sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb. Həmin “sxodka”da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər PKK Türkiyədə bu gün növbəti qanlı terror aktlarını törədib. Bitlis vilayətinin Hizan mahalına bağlı Gayda kəndinin yaxınlığında yola yerləşdirilən partlayıcı hərbi avtomobilin keçdiyi vaxt partladılıb. Partlayış nəticəsində, ilkin məlumatlara görə, 6 əsgər şəhid olub, 6 əsgər yaralanıb. Türkiyənin Elazığ vilayətində polis məntəqəsində də partlayış törədilib. Nəticədə 3 nəfər ölüb, 217 nəfər xəsarət alıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın son terror aktlarının arxasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) məlumat paylaşmasının olduğunu söyləyib. O, 15 iyul dövlət çevrilişi cəhdinin uğursuz olmasından sonra növbəni digərlərinin aldığını deyib. “PKK-nın hücumlarının arxasında Fəthullahçı Terror Təşkilatının olduğunu görmək üçün kahin olmağa ehtiyac yoxdur”, – prezident vurğulayıb. ABŞ mətbuatı: “Ərdoğanın liderliyi Yaxın Şərqi xilas edə bilər” ABŞ-ın “Haffinqton Post” qəzetinin saytı Türkiyədəki 15 iyul uğursuz dövlət çevrilişi cəhdinin ardından prezidenti Ərdoğanın atdığı diplomatik addımların Yaxın Şərqə sülh gətirə biləcəyini yazıb. “Uğursuz çevrilişdən sonra Ərdoğan, Yaxın Şərqdəki münasibətləri düzəldir” başlıqlı yazıda Türkiyə prezidentinin liderliyi ilə Yaxın Şərqdə yeni düzənin formalaşa biləcəyi bildirilir. “Prezident Ərdoğanın fəal liderliyi sayəsində Türkiyə Yaxın Şərqdə sülhü formalaşdıran dövlət rolunu ələ ala bilər. Xüsusilə, Ankara – Moskva – Tehran xəttində yeni irəliləyişlər Suriyadakı müharibənin bitməsi üçün çox mühüm rol oynaya bilər. Ərdoğan Türkiyənin yenidən Yaxın Şərqin sülh təchizatçı rolunu yerinə yetirməsində ən böyük çətinliyi Səudiyyə Ərəbistanı və İran münaqişəsində yaşayacaq. Amma regionda bu iki ölkə ilə də güclü əlaqələrə malik yeganə ölkə olan Türkiyənin lideri Ərdoğan, Ər-Riyad və Tehranı daha konstruktiv yola çəkə bilər. Türkiyənin seçəcəyi yol, Yaxın Şərqin mövcud problemləri ilə baş-başa qalacağını yoxsa, rifaha və sülhə nail olacağını müəyyənləşdirəcək”, – nəşr yazıb. Ankaraya NÜVƏ ZƏRBƏSİ: bombalar bu ölkəyə daşınır Vaşinqton və Ankara arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə silahlarını Türkiyədən Rumıniyaya daşıyır. Bu haqda məlumatlı mənbələr Belçikanın “EurActiv” nəşrinə bildirib. Belçika nəşrinin məlumatına görə, bu yaxınlarda baş verən hadisələrdən sonra Birləşmiş Ştatlar Türkiyə hakimiyyətinə etibar etmir. Nəşr qeyd edir ki, təsdiq edilməmiş məlumatlara görə, Türkiyədə “soyuq müharibə” dövründən ABŞ-ın təxminən 50 nüvə döyüş başlığı qalıb. Onlar Suriya sərhədinin təxminən 100 kilometrliyində yerləşən İncirlik təyyarə bazasında saxlanılır. “EurActiv” qeyd edir ki, Deveselu rumın bazası nüvə döyüş başlıqlarının yerləşdiriləcəyi yeni ünvan olacaq. Çavuşoğludan anti-NATO bəyanatı: “Moskva ilə əməkdaşlıq edə bilərik” Ankaranın verdiyi bəyanatlardan belə görünür ki, Türkiyə Qərbə arxa çevirərək Rusiya istiqamətində 180 dərəcəlik dönüş edir. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlunun sözlərinə görə, Ankara hərbi-texniki sahədə Moskva ilə əməkdaşlıq edə bilər. Nazir bildirib ki, NATO ölkələri bu sahədə Türkiyə ilə əməkdaşlıqdan yayınır. Türkiyənin xarici işlər naziri daha əvvəl bildirib ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə avqustun 9-da Sankt-Peterburqda görüşündə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Onun sözlərinə görə, daha əvvəl Çinlə müzakirə edilən raketdən müdafiə sistemi layihəsini Rusiya istəyir. Türkiyənin xarici işlər naziri ABŞ və Avropanın texnologiya transferinə müsbət yanaşmadığı üçün, NATO-dan kənar istehsalçı ölkələrlə danışıqların aparılmasının təbii olduğunu söyləyib. “Türkiyə terror təhdidi altındadır, İŞİD hücum edir, PKK hücum edir, Suriyadan təhdid var. NATO-nun qəbul etdiyi bəzi qərarlar var. Bu qədər təhdid olmasına baxmayaraq, bu qərarlar icra olunmur. Almaniya və bəzi Qərb ölkələri hava hücumundan raket batareyalarını Türkiyədən çəkdilər”, – Çavuşoğlu bildirib. Bin Laden: “Səudiyyə kralı devrilməlidir” Üsamə bin Ladenin oğlu Həmzə müsəlmanlara müraciət edərək Səudiyyə Ərəbistanı hökumətini devirməyə çağırıb. Bu barədə informasiyanı SİTE informasiya portalı yayıb. Həmzə Ər-Riyad hakimiyyətinin devrilməsi ilə müsəlman aləminin ABŞ təsirindən azad olunacağını bildirib. Keçmiş “Əl Qaidə” liderinin oğlu həmçinin Səudiyyə gənclərini Yəməndəki “Əl Qaidə” bazalarına dəvət edib.(publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler