Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kriminal alemin üzvleri azaldıqca onlar rahatlanır” – Lenkeranskinin qetlinin üstü buna göre açılmayacaq…

21 Ekim 2016

5:12 am


21/10/2016 [09:09]: xeber –
Tanınmış avtoritet Rövşən Lənkəranskinin qətlindən iki aydan artıq vat keçməsinə baxmayaraq bu günədək nə Türkiyənin, nə də Azərbaycanın hüquq mühafizə orqanları törədilən cinayətin üstünün açılması istiqamətində hansı iş görüldüyü barədə ictimaiyyətə açıqlama verməyə tələsmirlər və maksimum sükut mühiti hökm sürür. İlk baxışda belə təəssürat yaranır ki, heç bu istiqamətdə hansısa istintaq hərəkətləri də aparılmır və cinayətin istər icraçıları, istər də sifarişçilərinin ifşa olunmasanda maraqlı deyilllər.Bu azmış kimi dünən İnterpolun Rövşən Lənkəranskinin axtyarışına son qoyduğu barədə xəbər yayılması da diqqəti cəlb edir.Odur ki, sayt-ın oxucularını da maraqlandıran iki suala cavab axtarmaq qərarına gəldik:”Nədən adətən “vorzakon”ların qətli açılmır və nədən İnterpol Rövşən Lənkəranskinin ölümündən iki ay keçəndən sonra onun axtarışını dayandırır?”Adının çəkilməsini istəməyən və vaxtilə məhz “vorzakon”ların törətdikləri cinayətlərin açılması işində yaxından iştirak etmiş tanınmış hüquqşünas sualımıza maraqlı cavablar verib:””Vorzakon”lar spesifik adamlardı və bu sahə də spesifik xarakter daşıdığı üçün kənar adamın bu adamlar və bu sahə ilə bağlı fikirləri bir az həvəskar görünə bilər. Ona görə ki, hamıya bəlli olan “vorzakon qanunları” ndan başqa elə prinsiplər var ki, onu yalnız o titulu daşıyanlar bilir. Hüquqi dövlətlərdə kimliyindən asılı olmayaraq hər bir cinayət araşdırılır, o cümlədən “vor zakon”un ölümü də. Keçmiş SSRİ məkanında bu titulun sahibləri hər zaman hüquq – mühafizə orqanlarının maraq dairəsində olub, bəzən qarşılıqlı yardımları da olub. Vor zakon qətlləri heç vaxt bağlı qalmır, necə ki, terror təşkilatları törətdiyi terroru boyunlarına alan kimi, hüquq – mühafizə orqanlarına da məlum olur ki, qətlin sifarişini kim verib. Amma “vor zakon”ların qanunlarından biri də cinayəti boynuna almamaqdı. Ona görə də içəridə, ya çöldə olan sifarişçinin həbsində maraqlı olmurlar, icraçılar da çox vaxt bəlli olmur, olduqda məhkəmə olsa da qısa müddətdə adətən azadlığa çıxırlar. Bəzən xüsusi xidmət orqanlarına bu tip qətllər qabaqcadan məlum olsa da mane olmurlar. Kriminal aləmin üzvləri azaldıqca orqan rahatlanır.Lənkəranskinin ölümündən bu qədər vaxt keçdikdəın sonra İnterpolun məlum qərarı da təsadüfi deyil. Bəzən söz söhbətə görə gürcü vor zakon Canqebalidze son vaxtlar İtaliyada güclü vəkillər tutaraq məhz İnterpol axtarşını məhkəmə qərarı ilə ləğv etdirib. İtaliyanın Siciliya bölgəsində də mafiya babalarını belə axtarışlardan çıxarmaq çətin olmadığından iş baş tutub”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler