Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Krımda Putine heykel qoyulacaq…

17 Ekim 2016

5:04 pm


17/10/2016 [21:02]: xeber –
Krımlılar yarımadanı Rusiya ilə birləşdirdiyinə görə Rusiya prezidenti Putinə minnətdarlıq əlaməti olaraq heykəl qoymağı qərara alıblar. sayt xəbər verir ki, bu barədə mətbuata Krımın deputatı, ”Krım rus icması konqresi”nin başçısı Sergey Şuvaynikov bildirib.  Heykəldə Putin şturval arxasında dayanan gəmi kapitanı obrazında veriləcək. Heykəlin xərci yalnız könüllülərin topladığı vəsait hesabına həll ediləcək. Heykəlin başa çatması üçün 10 milyon rubl lazımdır. Artıq pul ödəyənlər var. Ümumiyyətlə, Rusiyada son vaxtlar ərazilər zəbt etmiş dövlət başçılarına heykəl qoymaq dəb düşüb. Oryol şəhərində İvan Qroznının bu günlərdə heykəlinin açılışı oldu. Oryol qubernatoru açılış zamanı “Rusiyanın böyük, möhtəşəm prezidenti Vladimir Putin”i İvan Qroznıya bənzədərək deyib ki, İvan Qroznı hakimiyyəti dövründə Rusiyanın ərazisi iki dəfə böyüyüb, 2,4 milyon kv. kilometrlik əraziyə 2,5 milyon kvadrat kilometrlik torpaqlar əlavə olunub. Putin də ərazilərimizi genişləndirir( məhz Krımı, Abxaziyanı, Osetiyanı, Donbası nəzərdə tutmaqla). Noyabrın 4-də Moskvada Kremlin düz yanında Knyaz Vladimirin 17,5 metr hündürlüyündə heykəlinin açılışı gözlənilir. Krımda da Putinin heykəlinin bir ilə tamamlanması gözlənilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler