Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kreslodan ikielli yapışanlara Nobelçi -TÖVSİYYƏSİ…

26 Temmuz 2016

8:20 am


26/07/2016 [12:18]: xeber –
“Universitetlərdə professor – müəllim heyətinin böyük kəsiminin yaşlı nəslin nümayəndələri olması sirr deyil. Gənclərin elmi tədqiqatlara cəlb olunması işi ləng aparılır. Bu çox vaxt məqsədli şəkildə həyata keçirilir. Məsələn, Tibb Universitetində ötən əsrin 70-ci illərindən kafedra müdiri vəzifəsini tutanlar hələ də öz yerlərindədir. Bu adamlar bilərəkdən elmlər doktorlarının yetişməsinə maneçilik törədiblər. Bu Universitetdə 23 il rektor vəzifəsini tutmuş akademik Əhliman Əmiraslanov həm də 23 ildir ki, “Onkologiya” kafedrasının müdiri vəzifəsini tutur. “I Uşaq Xəstəlikləri” kafedrasına 1970-ci ildən Ədilə Namazova, “Qulaq, burun və boğaz” xəstəlikləri kafedrasına isə 21 ildir Ə. M. Talışinskiy rəhbərlik edir. Siyahını uzatmaq olar və digər ali məktəblərdəki uzun illər yerindən tərpəyən qoca kafedra müdirlərinin adlarını da çəkmək olar.Bütün bunların fonunda mən Keniti Fukui nümanəsini misal çəkmək istəyirəm. Yapon kimyaçısı Keniti Fukui 1981-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülüb. Bu yaxınlarda onun maraqlı bir müsahibəsini oxudum, O, “Nobel mükafatı həyatınızı necə dəyişib” sualına belə cavab verib:“Yaponiyada Nobel mükafatı laureatları olduqca azdır. Mən kimya üzrə Nobel mükafatını alan ilk kimyaçı olduğumdan, mətbuat üçün “bəxtəvər” ola bilərdim. Lakin xoşbəxtlikdən, yaxud bədbəxtlikdənmi, yaş həddim çatdığından Kioto Universitetindən istefa verməli idim. Bu qayda istisnasız olaraq bütün professorlara aid edilirdi. Mən 39 il dərs dediyim universiteti mükafata layiq görülsəm də belə tərk etdim. Bu böyük mükafat şəxsi həyatımı o qədər dəyişmədi. Hər gün evimdən instituta piyada gedir, yenə həmin kostyumları geyinirəm”.Məncə əlavə şərhə eytiyac yoxdur…Etibar Əliyev, təhsil eksperti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler